Rusiya prezidenti Putinin müşaviri Uşakov bildirib ki, ABŞ Ukrayna və Avropa ilə danışıqları zamanı tərtib edilmiş sənədləri Rusiyaya göstərməlidir.
Uşakov, Zelenskinin ABŞ-la danışıqlar zamanı Rusiya üçün qəbuledilməz təkliflər təqdim etməyi hədəflədiyini iddia edib: "Avropalıların və ukraynalıların mövqelərini nəzərə alaraq hazırlanmış sənədləri hələ görməmişik. Onların mövqelərinin obyektiv olacağı ehtimalı çox azdır. Hələ yekun sənədləri görməmişik, amma gördükdə bir çox elementlər bizi məmnun etməyə bilər. ABŞ avropalılar və ukraynalılarla əldə edilən razılaşmaları, danışıqlardan sonra hazırlanan sənədləri göstərməlidir".
TAHİR