Avropa Birliyi sanksiya tətbiq edilən Rusiya vətəndaşlarının siyahısını genişləndirməyə hazırlaşır. Məsələ dekabrın 15-də Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında müzakirə ediləcək.
Məlumata görə, Valday Müzakirə Klubunun üzvləri də daxil olmaqla bir sıra rusiyalı təbliğatçı Avropa Birliyinin sanksiya siyahısına əlavə ediləcək.
"Valday Müzakirə Klubu Rusiya hökuməti tərəfindən yaradılıb. Bu, Rusiya haqqında beynəlxalq qavrayışlara və narrativlərə təsir göstərmək üçün mürəkkəb bir vasitə kimi fəaliyyət göstərir.
Klub, artıq Rusiyanın sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizə aparmaq üçün istifadə etdiyimiz sanksiyalar rejiminə tabedir.
Siyahıda artıq 60-dan çox şxsin adı var və bazar ertəsi günü daha çox adam əlavə olunacaq" - AB rəsmisi bildirib.
TAHİR