çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...

Image


Kamran Əsədov: “Bir çox ali məktəbdə müəllimin dərslik yazması nə maddi, nə akademik baxımdan ciddi stimullaşdırılır”

Azərbaycanda həm orta, həm də ali məktəblərdə istifadə olunan dərs vəsaitləri zaman-zaman müzakirə predmetinə çevrilib. Belə ki, dərsliklərin beynəlxalq standartlara uyğun hazırlanmadığı, ciddi səhvlərlə şagirdlərin və ya tələbələrin istifadəsinə buraxıldığı, bəzi təhsil müəssisələrində dərslik çatışmazlığının aradan qaldırılmadığı önə çəkilib.

Düzdür, ölkədəki orta ümumtəhsil məktəblərində vahid tədris proqramı tətbiq olunduğundan, bütün məktəblər dövlət tərəfindən dərsliklərlə təmin olunur. Eyni zamanda, dərsliklərdəki qüsurların aradan qaldırılması istiqamətində də işlər sürətləndirilib. Amma ali məktəbləri bu məsələdə şanslı hesab etmək olmaz. Çünki tələbələrin əksəriyyəti vaxtaşırı dərslik çatışmazlığı ilə qarşılaşır.

Qeyd etdiyimiz kimi, ali təhsil müəssisələrində dərs prosesində tələbələrin ən çox üzləşdiyi problemlərdən biri dərs materiallarının çatışmazlığıdır. Bir çox tələbə dərsliklərin fənni tam əhatə etmədiyini, məlumatların köhnə olduğunu və yenilənməyə ehtiyac duyduğunu bildirir. Bu çatışmazlıq isə onların dərsləri daha çətin mənimsəməsinə səbəb olur.

Bəs universitetlər dərsliklərin hazırlanmasında niyə kifayət qədər aktiv deyil? Tələbələrin dərsliklərlə təmin olunmasında ali məktəblərin hansı öhdəlikləri var?

“Dərslik çatışmazlığının mənfi tərəfi yalnız öyrənməni çətinləşdirməsi deyil, tələbənin müasir biliklərlə tanış olmaması əmək bazarında rəqabət gücünü də zəiflədir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, problemin kökü, tədrisin keyfiyyətindən daha çox, ali məktəblərin elmi-metodik fəaliyyətinin səviyyəsi ilə bağlıdır. Təhlillər göstərir ki, universitetlərdə dərs materiallarının yenilənmə dövrü beynəlxalq təcrübədən 3–4 dəfə geridə qalır, bu isə tələbələrin bilikləri mənimsəmə sürətini və əmək bazarına uyğunluğunu birbaşa zəiflədir: “Məsələnin aktuallığı ondan ibarətdir ki, fənn proqramları yenilənsə də, dərsliklərin həmin yenilənməni izləmə tempi xroniki olaraq ləngdir və nəticədə tələbə öyrəndiyi məzmunla real elmi informasiya arasında boşluqla üz-üzə qalır. “Təhsil haqqında” Qanunun 14.1.7-ci maddəsində ali təhsil müəssisələrinin əsas funksiyaları arasında “tədrisin metodik təminatını həyata keçirmək, tədris vəsaitləri hazırlamaq və yeniləmək” öhdəliyi xüsusi vurğulanır. Eyni zamanda, “Ali təhsil müəssisələrinin nizamnamə fəaliyyətləri haqqında” qaydalar universitetlərin tədris materiallarının “elmi əsaslara, aktuallığa və müasir metodologiyaya uyğun” olmasını tələb edir. Normativ baza kifayət qədər aydındır: dərsliklər dövlətin deyil, birbaşa universitetlərin məsuliyyətidir. Lakin təhlil göstərir ki, bu öhdəlik uzun illər formal xarakter daşıdığı üçün real istehsala çevrilməyib. Statistik müqayisələr bunu təsdiqləyir: Azərbaycan universitetlərinin illik dərslik və tədris vəsaiti istehsalı OECD ölkələri ilə müqayisədə ən azı 8–10 dəfə, Türkiyə universitetləri ilə müqayisədə isə 4–5 dəfə azdır. Bu fərq elmi mühitin zəif olduğunu və elmi məhsulun tədrisə çevrilə bilmədiyini göstərir”.

Həmsöhbətimizin sözlərinə görə, universitetlərin dərslik hazırlama prosesində passiv görünməsinin səbəbləri tədqiqat fəaliyyətinin zəif institusional quruluşunda özünü göstərir: “Dünya praktikasında – Estoniya, Finlandiya, Sinqapur və Cənubi Koreyada – dərslik elmi tədqiqatın məhsulu kimi formalaşır və universitetlərin illik planında akademik personal üçün dərslik yazmaq normativ fəaliyyətlərdən biridir. Bu ölkələrdə dərsliklərin yenilənmə dövrü orta hesabla 3–5 il, Azərbaycan universitetlərində isə çox vaxt 10–12 il təşkil edir. Bu zaman fərqi göstərir ki, tələbə beynəlxalq səviyyədə artıq köhnəlmiş biliklərlə təhsil alır, çünki həm elmi resurslar, həm də müasir metodoloji yeniliklər dərsliklərə daxil edilmir. Elm və Təhsil Nazirliyinin son illərdə universitetlərdə tədqiqat mərkəzlərinin yaradılmasını, elmi fəaliyyətin qiymətləndirilməsini və nəşriyyat potensialının inkişafını təşviq etməsi müsbət addımdır və bu prosesin dərinləşməsi ali məktəblərin dərslik hazırlama öhdəliklərini real icra mərhələsinə gətirir.

Dərslik çatışmazlığının mənfi tərəfi yalnız öyrənməni çətinləşdirməsi deyil, tələbənin müasir biliklərlə tanış olmaması əmək bazarında rəqabət gücünü də zəiflədir. Dünya Bankının araşdırmalarına görə, dərsliklərin yenilənmə dövrü 5 ildən çox olduqda, məzunların əmək bazarına uyğunluq göstəriciləri 20–25% azalır. Azərbaycanda bir çox universitetlərdə dərsliklərin ən azı yarısının 10 ildən çox müddətdə yenilənməməsi bu risqi artırır. Lakin məsələnin müsbət tərəfi ondan ibarətdir ki, hazırda universitetlər arasında keyfiyyətli dərslik hazırlamaq üzrə rəqabət formalaşır - ADPU, ADA, BDU kimi ali məktəblərdə son illərdə yeni dərslik və tədris vəsaitlərinin sayında artım müşahidə olunur və bu tendensiya Elm və Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin akademik fəaliyyətini stimullaşdırması ilə birbaşa bağlıdır”.

K.Əsədov onu da əlavə etdi ki, ali məktəblərin kitabxana təminatı ilə bağlı öhdəlikləri də qanunvericilikdə dəqiq müəyyən olunub. “Elm və təhsil haqqında” sənədlər universitetlərin tələbələri lisenziyalı elektron resurslarla, rəqəmsal kataloqlarla, açıq elmi bazalarla təmin etməli olduğunu açıq şəkildə bildirir: “Lakin mövcud vəziyyət göstərir ki, Avropa universitetlərində bir tələbəyə düşən 30–50 elektron resursa qarşı bir çox yerli ali məktəblərdə bu göstərici 3–5 arasında dəyişir. Bu fərq həm müasir dərslik çatışmazlığının, həm də rəqəmsal tədris infrastrukturunun tam formalaşmamasının nəticəsidir. Nazirliyin rəqəmsal kitabxana şəbəkələrinin genişləndirilməsi, ali məktəblərə beynəlxalq baza çıxışlarının verilməsi və universitet nəşriyyatlarının formalaşdırılmasını təşviq edən siyasəti isə müsbət istiqaməti göstərir və yaxın illərdə dərslik çatışmazlığının kəskin şəkildə azalacağı gözlənilir. Universitetlərin niyə kifayət qədər aktiv olmamasının səbəblərindən biri də müəllimlərin motivasiya sistemidir. Bir çox ali məktəbdə müəllimin dərslik yazması nə maddi, nə akademik baxımdan ciddi stimullaşdırılır. Halbuki, Sinqapur və Finlandiya kimi ölkələrdə dərslik müəllifliyi professorun illik nəticələrinin əsas komponenti sayılır. Bu ölkələrdə müəlliflik hüququndan əldə olunan gəlirlər akademik motivasiyanı gücləndirir və nəticədə hər bir fənnin bir neçə alternativ və müasir dərsliyi olur. Azərbaycanda bu mexanizm yeni formalaşır və Elm və Təhsil Nazirliyinin müəlliflik prosesini stimullaşdıran addımları ali təhsil sisteminin inkişafı baxımından mühüm və müsbət siyasət kimi dəyərləndirilməlidir. Universitetlərin üzrə öhdəliklərinin icrası genişləndikcə həm dərs materiallarının aktuallığı artacaq, həm də tələbələrin akademik uğurları yüksələcək. Tədrisin məzmunu müasirləşdikcə köhnəlmiş biliklərlə təhsil alma problemi aradan qalxacaq və ali təhsil real tədqiqatların istehsal etdiyi materiallara əsaslanacaq. Dərslik hazırlığının sistemləşməsi ali məktəblərdə elmi mühiti gücləndirəcək, müəllimlərin akademik məhsuldarlığını artıracaq və tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasını təmin edəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı siyasət öz nəticəsini verdikcə universitetlər bilik istehsal edən quruma çevriləcək və dərslik problemi struktur səviyyədə həll olunacaq”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ