İran Səudiyyə Ərəbistanındakı ARAMCO neft şirkətinə hücum edib. ARAMCO dünyanın dördüncü ən böyük neft şirkətlərindən biridir.
Səudiyyə Ərəbistanı səhər saatlarında Dammamdakı Ras Tanura neft emalı zavoduna hücum etməyə cəhd edən iki pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki mətbuat açıqlamasında ələ keçirilən PUA-ların qalıqlarının mülki yaşayış məntəqələrinə yaxın ərazilərə ziyan vurduğunu bildirib. Sözçü müdaxilə zamanı heç bir mülki şəxsin xəsarət almadığını vurğulayıb.
Maliki PUA-ları hansı tərəfin və ya ölkənin göndərdiyi barədə məlumat paylaşmayıb, lakin dağıntılar səbəbindən neft emalı zavodunda kiçik bir yanğın baş verdiyini və yanğının nəzarət altına alındığını bildirib.
Yerli mənbələr əvvəllər səhər saatlarında Ras Tanura limanındakı Saudi Aramco obyektlərinə PUA hücumundan sonra yanğın baş verdiyini, ərazidən qatı tüstü qalxdığını və ehtiyat tədbiri olaraq müvəqqəti təxliyə edildiyini bildirmişdilər.
TAHİR