Trampın İsraillə birgə İrana davamlı zərbələrinin nə ilə nəticələnəcəyi və sonra nəyin baş verəcəyi dünyanın ən aktual müzakirə mövzusudur.
Yaxın və Orta Şərqdə qüvvələr nisbətində dəyişikliklər, habelə Amerikanın daxilində ictimai rəy və rəsmi qurumlardakı reaksiyalar müzakirə edilən məsələlər sırasındadır. Diplomatik mənbələrdən yayılan məlumatlara görə bu gün Amerika Konqresinin aşağı palatasında demokratlar xüsusi toplanaraq İran müharibəsini müzakirə edəcəklər. Daha dəqiq desək, Trampın hərbi əməliyyatlarına demokratların vahid cavab strategiyası hazırlanacaq.
Demokratlardan olan Kamala Haris Trampın əməliyyarlarını böyük səhv adlandırıb. Əlavə edib ki, Amerika xalqı Trampın başlatdığı müharibəni qəbul etmir...
Namiq Quliyev