ABŞ ordusu İrana qarşı əməliyyatlarda üç Amerika əsgərinin öldüyünü və beşinin yaralandığını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bir neçə əsgərin qəlpə yaraları və beyin silkələnməsi travması aldığı və bu şəxsi heyətin xidmətə qayıtmaq prosesində olduğu barədə məlumatlar paylaşıb.
Vəziyyətin qeyri-sabit olduğu və həyatını itirən əsgərlərin şəxsiyyətlərinin ailələrinə rəsmi bildiriş verilmədən açıqlanmayacağı bildirilib.
Məlumatlara görə, üç əsgərin ölümü, İran əməliyyatını bir mənalı qarşılamayan ABŞ ictimaiyyətində şok effekti yaradıb.
ABŞ mətbuatında yer alan məlumata görə, gizli B-2 Spirit bombardmançı təyyarələri də bölgəyə göndərilib. Yüksək vəzifəli bir ABŞ rəsmisi bombardmançı təyyarələrin Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri Bazasından havaya qalxdığını və İrandakı yeraltı ballistik raket saxlama yerlərini hədəf aldığını bildirib.
TAHİR