Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycan-Ermənistan sülhünə maneçilik bu dəfə İsveçrədən gəldi...

Image


Azərbaycan və Ermənistan arasında sülh və yaxınlaşma prosesi artıq təkcə ikitərəfli müstəvidə deyil, daha geniş geosiyasi aspektdə qiymətləndirilir. Bu, Avrasiya məkanında daha möhkəm sabitliyin təməlini təşkil edən bir məqam olaraq qəbul edilir. Bu, həm də Xəzər dənizindən Avropa İttifaqına qədər uzanan geniş coğrafiyada sabitliyin taleyini müəyyən edən amildir. Beynəlxalq ictimaiyyət dialoqun yeni mərhələsini dəstəkləyir. Lakin iki ölkənin sülhə doğru uğurla irəliməsinə baxmayaraq, bundan narahat olan qüvvələr də az deyil. Konkret nümunə qismində İsveçrədəki bir sıra qüvvələri göstərmək olar.

İsveçrə beynəlxalq müstəvidə bitərəf dövlət kimi tanınsa da, Azərbaycana münasibətdə bu hal özünü göstərmir. Bu ölkə parlamentində saxta məlumatlar və yalan ittihamlar ilə dolu olan fikirlərin gündəmə gəlməsi reallığı təhrif etmək, Azərbaycanın suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı bir cəhddir. Həmin qüvvələr Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalının, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasının üstündən sükutla keçir. Eləcə də erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına, günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları dözülməz işgəncələr verərək qəddarcasına qətlə yetirməsinə bilərəkdən göz yummağa üstünlük verirlər. Beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə tam qanuni hüququ var. Buna rəğmən, İsveçrədə parlament təşəbbüsləri, ayrı-ayrı deputatların fəaliyyəti, eləcə də bu ölkədə yerləşən institutlar və beynəlxalq QHT-lər konkret anti-Azərbaycan baxışı formalaşdırmağa cəhd edir.

Qeyd edək ki, hələ 2024-cü ilin dekabrında İsveçrə parlamenti tarixin arxivinə qovuşmuş Qarabağ məsələsi üzrə qətnamə qəbul edib. Burada cəfəng iddia var ki, “Azərbaycan və Qarabağ erməniləri “Beynəlxalq Sülh forumuna” dəvət edilməlidir”. Bu isə erməni separatizminə yeni nəfəs vermək cəhdindən başqa heç nə deyil. Çünki qətnamə müəllifləri həmin arqumentlə Qarabağdan könüllü olaraq köçüb getmiş erməniləri münaqişə tərəfi kimi təqdim etməyə çalışıb. Halbuki münaqişə tərəfinin işğalçı Ermənistan olması bütün dünyaya bəllidir. Barəsində bəhs olunan “Beynəlxalq Sülh forumu”nun əsas məqsədi münaqişəni bitməmiş kimi göstərmək və məsələ üzrə qondarma dialoq yaratmaqdır.

İsveçrədə maraqlı qüvvələrin müharibə canilərinin və separatçıların məsum “siyasi xadimlər və mülki şəxslər” kimi qələmə verilməsi faktların həyasızcasına təhrif edilməsidir. Çünki həmin şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunlarını pozmuş cinayətkarlardır və ədalətli, şəffaf məhkəmə araşdırması yolu ilə öz əməlləri üçün məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdırlar ki, Bakı da məhz bunu edir. Azərbaycanın məhkəmə sistemi beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir və bunun əksinin iddia edilməsi iftiradan başqa bir şey deyil. Bu fonda ölkəmiz sülhü və haqq-ədaləti dəstəkləməyə deyil, gərginliyi gücləndirməyə və düşmənçiliyi qızışdırmağa yönələn rüsvayçı və qərəzli bəyanatı qətiyyətlə pisləyir. Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiqdir. Heç bir xarici təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzminə xələl gətirə bilməz. Hər kəs bu reallığı qəbul etməlidir ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət etmişdir və hərəkət edir.

Qeyd edilənlər İsveçrədə destruktiv siyasətin davamı kimi 2025-ci ilin mayında yaradılmış “Swiss Peace Initiative for Nagorno-Karabakh” təşəbbüsünə də aiddir. Təşəbbüs keçmişdə qeyri-qanuni qondarma strukturlarla əlaqəli şəxslərə platforma verilməsi, eləcə də qondarma siyasi kimliyin beynəlxalq aləmdə tanınmasına xidmət edir. Qeyd edilən revanşist erməni qüvvələrinə açıq dəstək kimi qiymətləndirilə bilər. Çünki bu təşəbbüs 2020-ci il atəşkəs razılaşmasından və 2023-cü il antiterror əməliyyatlarından sonra formalaşmış reallıqları inkar etmək cəhdi idi. Digər tərəfdən, sülh sazişinə gedən yolda maneələr yaratmaq cəhdi də açıq görünür. İsveçrə hakimiyyətinin bu addımları Ermənistandakı revanşist qüvvələrə birbaşa dəstəkdir. İsveçrə parlamentində “İsveçrə Sülh Təşəbbüsü”nün aparıcı simalarından olan Erix Fontobel açıq şəkildə bəyan edir ki, ölkəsi Qarabağ məsələsini “bağlanmış” hesab etmir və mövzunu beynəlxalq gündəmdə saxlamaq niyyətindədir. Bu fonda Qarabağ separatçılarıənın təmsilçiləri ilə aktiv görüşlər də keçirilir. Maraqlıdır ki, İsveçrə parlamentində yaradılmış işçi qrupun Azərbaycana qarşı səsləndirdiyi tezislər Rusiyanın təbliğatı ilə üst-üstə düşür. Hələ 2025-ci ilin yayında Rusiya prezidentinin köməkçisi Vladimir Medinski "Qarabağı mübahisəli ərazi" adlandırmaqla reallığı və faktları təhrif etmişdi. O zaman Prezident Vladimir Putinin köməkçisinə cavab verildi. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirildi ki, Rusiya Federasiyası prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri Medinskinin Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilməməsi təəccüblüdür. Digər tərəfdən 2025-ci il avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamə imzalanıb. Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atılan ən mühüm addımdır. Bundan başqa, Azərbaycandan Ermənistana taxıl, yanacaq daşınması ilə bağlı yol açılıb. ABŞ ilə Ermənistan arasında Zəngəzur dəhlizinə dair saziş belə imzalanıb. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi istiqamətində də addımlar atılır. Bunlar iki ölkə arasında normallaşma prosesinin uğurla davam etdiyini isbatlayır. Lakin belə vəziyyət İsveçrəni narahat edir. İsveçrədə yerləşən insan haqları üzrə beynəlxalq QHT olan “Christian Solidarity International” və onunla əlaqəli dini şəbəkələr münaqişəni siyasi-hüquqi çərçivədən çıxararaq sivilizasiya və dini müstəvidə təqdim etməyə can atır. Ermənilər “təqib olunan xristian icması” kimi göstərildiyi halda, Azərbaycan dolayı yolla “müsəlman aqressor dövlət” obrazında təqdim olunur. Beynəlxalq Qırmız Xaç Komitəsi də onlardan geri qalmır. Burad aqeyd edək ki, o, beynəlxalq hökumətlərarası təşkilat deyil, sadəcə, İsveçrənin beynəlxalq QHT-sidir. Azərbaycan suverenliyinə zidd olaraq bu qurum işğal dönəmində Qarabağda fəaliyyəti göstərib, Xankəndidə ofisi İrəvana tabe olub. İşğal dövründə Qırmızı Xaç komitəsi humanitar yardım adı altında Azərbaycan suveren ərazilərdində qanunsuz ticarət dövriyyəsi təşkil edib. Son illərdə Qızıl Xaç çoxsaylı qalmaqallara qarışıb. Qarabağda Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları dəfələrlə casusluqda ifşa olunub: məlumatlar əvvəlcə Fransa xüsusi xidmətlərinə, oradan isə Ermənistana ötürülüb. “Ağır yaralıların çıxarılması” bəhanəsi ilə döyüş qabiliyyətli erməni hərbçilərin mühasirədən çıxarılmasına cəhdlər edilib, “humanitar fasilələr” elan olunaraq erməni tərəfinin qüvvə toplamasına şərait yaradılıb. 2023-cü ilin aprelindən sonra Laçın yolunda Azərbaycan postu qurulduqdan sonra isə təşkilat əməkdaşları dəfələrlə qaçaqmalçılıqda yaxalanıb. Bütün bunlar İsveçrənin iç üzünü ortaya qoyur, bu ölkənin Azərbaycan və Ermənistan arasında sülhə əngəl yaratmaq cəhdini nümayiş etdirir. Vaşinqtonda paraflanmış sülh sazişindən sonra faktiki iki ölkə arasında iqtisadi əməkdaşlıq da başlayıb. Bütün bunlardan Ermənistan tərəfi də razılıq edir. Belə olan halda İsveçrədə müəyyən qüvvələrin sülhə xələl gətirmək cəhdləri həm maraq, həm də çoxsaylı suallar doğurur. İsveçrə rəsmən bütün bunlara izahat verməlidir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ