İran Küveytdəki ABŞ səfirliyinə hücum edib. Şahidlər ABŞ səfirliyindən qara duman qalxdığını bildiriblər. Küveyt mediası da ABŞ səfirliyinin vurulduğunu bildirib.
Küveytdəki ABŞ səfirliyi ölkədə davam edən raket və pilotsuz təyyarə hücumu təhlükəsi səbəbindən vətəndaşlarına "olduğunuz yerdə qalın və səfirliyə gəlməyin" barədə xəbərdarlıq edib. Bəyanatda həmçinin səfirlik işçilərinin sığınacaqda olduğu qeyd edilib, lakin ABŞ səfirliyinin özünə edilən hücumla bağlı heç bir məlumat verilməyib.
TAHİR