İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ ilə mümkün danışıqlarla bağlı yayılan məlumatlara münasibət bildirib.
O, “X” hesabında paylaşım edərək bildirib: “Biz ABŞ ilə danışıqlar aparmayacağıq”. Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" rəsmilərə istinadən Laricaninin Vaşinqtonla danışıqları bərpa etmək təşəbbüsü ilə çıxış etdiyini, bunun Oman Sultanlığından olan vasitəçilər tərəfindən ABŞ-a təqdim edildiyini yazmışdı.
Laricani paylaşımı ilə bu iddiaları təkzib edib. SAMİRƏ