ABŞ prezidenti Donald Tramp Ali Lider Əli Xameneinin ölümündən sonra İrana rəhbərlik etmək üçün "üç çox yaxşı namizədi” olduğunu bildirib.
O, bu barədə "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib, lakin onların kimliyinə aydınlıq gətirməyib.
Amerika lideri həmçinin İranda hakimiyyət dəyişikliyinin necə görünə biləcəyinə dair bir neçə ssenarini sadalayıb. Onlardan biri ABŞ qüvvələri prezident Nikolas Maduro və həyat yoldaşını ələ keçirib ABŞ-a apardıqdan sonra Venesueladakı ssenariyə bənzəyir.
Yəni hökumətdə əksəriyyət Vaşinqtonla əməkdaşlıq etməyə hazır olduqlarını bildirərək mövqelərini qoruyur.
"Düşünürəm ki, Venesuelada etdiklərimiz mükəmməl, mükəmməl bir ssenaridir. İki nəfərdən başqa hər kəs öz mövqelərini qorudu", - Tramp deyib.
SAMİRƏ