İranın İsrail və ABŞ-ın hücumlarına cavab olaraq Bəhreynin paytaxtı Manamaya hücumlarından sonra buradakı otellərdə qalan işçilərini təxliyə etməyə başlayıb. ABŞ-ın Manamadakı səfirliyindən verilən yazılı açıqlamada bildirilib ki, “Crowne Plaza”ya edilən hücumdan sonra ABŞ işçiləri Manamadakı otellərdən təxliyə olunur.
İranın Bəhreynin paytaxtı Manamadakı binalara İsrail və ABŞ-ın hücumlarına cavab olaraq etdiyi hücumlardan sonra ABŞ-ın Manamadakı səfirliyindən verilən yazılı açıqlamada bildirilib ki, “Crowne Plaza”ya edilən hücumdan sonra ABŞ işçiləri Manamadakı otellərdən təxliyə olunur.
Açıqlamada Bəhreyndə olan ABŞ vətəndaşlarından gələcək hücum ehtimalı səbəbindən otellərdə qalmaqdan çəkinmələri istənilib.
Qeyd edək ki, İsrail və ABŞ, Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda fevralın 28-da İrana hərbi hücuma başlayıblar.
İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir sıra regional ölkələrdə hədəflərə qarşı hücumlara başlayıb.
ABŞ-İsrail hücumları nəticəsində İran lideri Əli Xameneyi və çoxsaylı digər yüksək vəzifəli şəxslər həlak olub.
İran Qırmızı Aypara Cəmiyyəti ölkəni hədəf alan bombardmanlarda 201 nəfərin öldüyünü və 747 nəfərin yaralandığını açıqlayıb.
TAHİR