ABŞ-ın Respublikaçılar Partiyasının aparıcı simalarından biri olan Mardjori Teylor Qrin, İsrailin keçmiş baş naziri Naftali Bennettin Türkiyə ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Qrin hər kəsə Türkiyənin NATO üzvü olduğunu və bu cür açıqlamaların çox təhlükəli olduğunu xatırladıb.
Qrin, Bennettin Türkiyəni hədəf alan əvvəlki açıqlamalarını paylaşaraq, "Türkiyə NATO üzvü olan bir ölkədir. Hamı oyansın" deyib.
Qeyd edək ki, fevralın 16-da açıqlama verən Bennet Türkiyə və Qətəri hədəf alaraq, Türkiyənin İsrail üçün artan bir təhdid olduğunu iddia etmişdi.
Tahir TAĞIYEV