ABŞ və İsrailin İrana qarşı hücumları davam etdiyi bir vaxtda Cənubi Kipr ərazisində Akrotiridəki Britaniya bazası “şübhəli pilotsuz təyyarə hücumuna" məruz qalıb.
BBC xəbərlərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyi Akrotiri bazasına edilən hücumla bağlı açıqlama yayıb.
Açıqlamada Cənubi Kiprdə Britaniya bazasının dronla hədəfə alındığı bildirilib.
Məlumatlara görə, gecə saatlarında əvvəlcə Cənubi Kiprdəki Akrotiri bazasında partlayış səsləri eşidilib, daha sonra bazadan bəzi qırıcı təyyarələrin havaya qalxdığı müşahidə edilib.
Adanın ən cənub hissəsində yerləşən Akrotiri, Böyük Britaniyanın ölkə xaricindəki ən böyük hərbi bazasıdır. Burada 3 minə yaxın ingilis əsgərinin olduğu bildirilir.
Onu da qeyd edək ki, hücum Britaniyanın sözügedən bazanı İranı vuran ABŞ hərbi təyyarələrinə açmaq qərarından saatlar sonra baş verib. Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ın İranın raket anbarlarına zərbə endirmək üçün Britaniya bazalarından istifadə etmək üçün icazə istədiyini və o da buna razılıq verdiyini açıqlamışdı.
Dronu Livan ərazisindən “Hizbullah”ın göndərdiyi ehtimal edilir.
TAHİR