Cümə günü, 06 noyabr 2026
     

Universitetlər Akademiyanın bu səlahiyyətini doğrulda biləcəkmi?

Image


Məhərrəm Zülfüqarlı: “...Universitetlər bu işin öhtəsindən gələ biləcəklər, çünki...”

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (Rəyasət Heyəti )ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq. Bu barədə mətbuat məlumat yayıb. Qərarın qəbul olunmasına səbən dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır. Qlobal təcrübədə fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir.

Mətbuat yazır ki, hazırkı modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur.

Lakin dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır.

Mənbələr mətbuata bildirib ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir.

Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir.

Universitetlər Akademiyanın bu səlahiyyətini doğrulda biləcəkmi?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin ləğv edilməsi məsələsi gündəmdədir. “Bu barədə uzun müddətdir müzakirə gedir. Bir şey yada salmaq lazımdır ki, bundan əvvəl Akademiyanın əksər elmi-tədqiqat institutları universitetlərin tabeçiliyinə verildi. Yalnız humanitar elmlər üzrə 4 elmi-tədqiqat institutu AMEA-nın tərkibində qalıb.

Bir neçə humanitar yönümlü elmi-tədqiqat institutun qalması ilə Akademiyanın, eləcə də Rəyasət Heyətinin, o qədər ştatın mövcud olması dövlət büdcəsinə artıq yükdür.

Müasir dünya təcrübəsindən danışırıqsa dünyada universitetlər iki yerə bölünür. Bunlardan biri qismi sırf tədris verən universitetlərdi, ikinci qismi isə həm tədrislə, həm də elmi tədqiqatla məşğul olur. Azərbaycanda da vəziyyətdən çıxış yolu AMEA-nın tərkibində qalan dörd elmi-tədqiqat institutunu da universitetlərə verməkdir. Bununla da problemi kökündən həll etmək olar.

AMEA-da işçilərin əməkhaqqları tez-tez gündəmə gəlir, narazılıqlar var.

Dünyanın inkişaf edən ölkələrinin təcrübəsi göstərir ki, yaxşı əməkhaqqı almayandan keyfiyyətli iş gözləmək olmaz. Bu aksiomadır. Ona görə də biz AMEA-nı dövlətin çiynində yük kimi saxlamaqla, işçilərə aşağı əməkhaqqı verməklə, narazı kütləni orada saxlamaqla heç nəyə nail ola bilməyəcəyik. Bu halda nə elmin inkişafından, nə də sosial problemlərin həllindən danışmaq olar. Çıxış yolu ancaq AMEA-nın tərkibində qalan instiututların da universitetlərə verilməsindədir. Bu nə verə bilər? Bu gün universitetlərdə əməkhaqqı Akademiyanın institutlarına nisbətən yüksəkdir. Hər universitet öz büdcəsinə uyğun olaraq əməkhaqqını özü müəyyən edir. Akademiya işçilərinin də mütləq əksəriyyəti orada işləməklə yanaşı müəyyən yollarla gedib ali məktəblərdə dərs deyirlər. Bilirsiz ki, orada kart tətbiq olunur, işçilərin harasa getməyi problem olur, amma alimlər bir yolunu tapıb gedib universitetlərdə dərs deməklə müəyyən qədər öz sosial problemlərini həll etməyə çalışırlar. Bu alimlərə başucalığı gətirmir. Nə üçün alim kimdənsə icazə alıb ikinci işə getməlidir? Yaxud kartı kiməsə verib öz əvəzinə vurdurmalıdır ki, Akademiyadan gedib başqa yerdə işləməsini kimsə bilməsin. Bunlar bilavasitə alimləri nüfuzdan salan bir məsələlərdir. Əgər elmi-tədiqat institutları universitetlərə birləşərsə bu çox faydalı və səmərəli olar. Alimlər univeresitetlərdə dərs deməklə yanaşı həm də elmi-tədqiqatla məşğul ola bilərlər. Universitetlər də elmdən yararlanar. Yəni elmi-tədqiqatların istehsalatda tətbiqi, yaxud elmi işçilərin aldıqları qrantla və sairlə gəlir əldə edə, universitetləri inkişaf etdirə bilərlər. Bu birdən-birə baş verməyəcək, tədricən olacaq. Hər halda birinci mərhələdə bunun şahidi olacağıq ki, artıq Akademiyada cüzi maaş alan elmlər namizədləri, elmlər doktorları kimlərincə bürokratik əngfəllərini dəf edib, kimdənsə icazə alıb başqa yerə getməyəcəklər öz iş yerlərində əlavə dərs deməklə öz maaşlarını artıracaqlar. Bu gün AMEA-da elmlər doktoru, şöbə müdiri 800 manat maaş alırsa, amma universitetlərdə laborantlar bunlardan çox maaş alırlar. Ona görə də, bu səlahiyyətləri universitetlərə verməklə problemləri həll etmək olar.

Fikrimcə, universitetlər bu işin öhtəsindən gələ biləcəklər, çünki kadr potensialı var. Dediyim kimi, universitetlərdə də dərs deyən müəllimlər arasında AMEA əməkdaşları az deyil. Bu mənada universitetlərin də iqtisadi inkişafına diqqət ayrılmalıdır, dövlət şərait yaratmalı, universitetlərə müəyyən müstəqillik verilməlidir ki, universitetlər də inkişaf etməklə yanaşı elmi-tədqiqat institutlarını da öz tərkibində inkişaf etdirsin”.

M.Zülfüqarlı hesab edir ki, bunlar kompleks yanaşa, islahatlar tələb edir. M.Zülfüqarlının sözlərinə görə, elmin inkişafı üçün maadi stimula da diqqət yetirmək lazımdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ