Şimali Koreya Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya silah və sursat da daxil olmaqla təxminən 33.000 konteyner hərbi texnika göndərib.
Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin tabeliyindəki Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) məlumatında bildirilir.
Qeyd edilir ki, Pxenyanın Moskvaya göndərdiyi hərbi texnikalar arasında 170 mm-lik özüyeriyən artilleriya batareyaları və 240 mm-lik çoxlu raket buraxıcıları da daxil olmaqla 220 artilleriya sisteminin olduğu bildirilir. Bundan əlavə, Şimali Koreyanın Rusiyaya 122 mm və 152 mm-lik artilleriya mərmiləri, tank əleyhinə raketlər, qısamənzilli ballistik raketlər və tank əleyhinə raketlər də daxil olmaqla digər silahlar da göndərdiyi qeyd edilir.
Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin iyun ayında Pxenyanda görüşərək Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. Sazişdən sonra Şimali Koreya Ukraynaya qarşı müharibəni dəstəkləmək üçün Rusiyaya təxminən 15.000 əsgər göndərib. Bundan əlavə, Şimali Koreyanın Rusiyaya çoxlu sayda silah göndərdiyi məlum olub.
TAHİR