Xaqani Cəfərli: "Özünü dövlət adamından daha çox məhəllə qoçusu kimi aparan siyasət adamları başa düşümürlər ki..."
Bu gün ABŞ prezidenti Donald Tramp İranın Amerika və İsrailin hərbi hücumlarına mümkün cavabla bağlı son açıqlamasını “Truth Social” platformasında şərh edib.
“Bu gün İran öncəkindən daha güclü şəkildə zərbə endirəcəyini açıqladı. Onların bu addımı atmaması daha yaxşıdır, çünki bunu etsələr, biz onları heç vaxt görmədikləri zərbə ilə vuracağıq”, - deyə, Tramp paylaşımında bildirib.
Bu ABŞ və ya İsrailin taktiki nüvə silahına əl ata biləcəyinə işarə deyilmi?
Donald Trump-un Truth Social platformasında yazdığı “heç vaxt görmədikləri zərbə” ifadəsi birbaşa taktiki nüvə silahına işarə kimi qəbul edilmir. Bu tip ifadələr siyasətdə və hərbi ritorikada tez-tez istifadə olunur və əsas məqsəd qarşı tərəfi çəkindirməkdir. Açıqlamada konkret olaraq nüvə silahı, taktiki başlıq və ya belə bir plan barədə açıq mesaj verilməyib.
ABŞ və İsrail nüvə potensialına malik və ya strateji müttəfiqlik çərçivəsində hərbi gücə sahib ölkələrdir, lakin nüvə silahının istifadəsi son dərəcə ciddi siyasi və beynəlxalq nəticələr doğuran qərardır. Belə addım adətən açıq şəkildə eyhamla deyil, rəsmi doktrina və ya konkret təhlükə səviyyəsi ilə əlaqələndirilir.
İran ilə bağlı mövcud gərginlik fonunda bu cür açıqlamalar daha çox qarşı tərəfi eskalasiyadan çəkindirməyə yönəlmiş sərt xəbərdarlıq kimi qiymətləndirilir. Yəni bu sözləri avtomatik olaraq taktiki nüvə silahına hazırlıq kimi şərh etmək üçün hazırda açıq fakt yoxdur.
Məsələ ilə bağlı "Bakı-Xəbər"ə danışan politoloq Xaqani Cəfərli deyir ki, İran öncəkindən daha güclü şəkildə zərbə endirəcəyi halda ABŞ-ın daha sərt, heç vaxt görmədikləri zərbə ilə vurulacağı ilə bağlı Trampın açıqlaması ABŞ-ın zərbəsinin nədən ibarət ola biləcəyi ilə bağlı suallar doğurub: "Əminliklə demək olar ki, ABŞ və ya İsrailin taktiki nüvə silahına əl ata biləcəyi tamamailə istisna olunur. ABŞ və ya İsrailin taktiki nüvə silahına əl atmaq üçün heç bir ehtiyac yoxdur. Taktiki nüvə silahı düşmənin müdafıə səddi keçilə bilməyəndə istifadə üçün nəzərdə tutulub. Hər kəsə məlum olduğu kimi ABŞ və ya İsrail aviasiyası, xüsusi təyinatlıları İranda meydan sulayır.
Trampın bu ifadsəinin arxasında dayanan məqam isə onunla bağlıdır ki, ABŞ-ın istənilən ölkəyə bir saatın içərisində 30 min raket zərbəsi endirə bilən atəş gücü var. Ancaq bunu da etməzlər. Çünki, o zaman yüz minlərlə, bəlkə də milyonlarla insan ölər. Tramp sadəcə xəbərdarlıq edir ki, atəş gücü artıra bilərlər. Təəssüf ki, özünü dövlət adamından daha çox məhəllə qoçusu kimi aparn siyasət adamları başa düşümürlər ki, dövlətini və xalqını ABŞ-ın zərbəsinə tuş gətirmək vətəninə və xalqına ən böyük düşmənçilikdir".
Akif NƏSİRLİ