Bu gün səhər saatlarında İsrailin İrana endirdiyi zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Məhəmməd Pakpur və İran müdafiə naziri Əmir Nəsirzadənin həlak olduğu bəlli olub.
Bu barədə Reuters özünün üç mənbəsinə istinadən xəbər yayıb.
İsrail rəsmiləri əvvəllər Pakpur, Nəsirzadə və İran kəşfiyyatının rəhbərinin zərbələr nəticəsində həlak olma ehtimalını qiymətləndirirdi.
Səhər hücumlarının hədəfləri arasında Ali Rəhbər Əli Xamenei və prezident Məsud Pezeşkian da daxil olmaqla bir neçə yüksək vəzifəli İran rəsmisi və hərbi komandiri olub. Zərbələrin nəticəsi hələ də bəlli deyil.
SAMİRƏ