İtaliyanın müdafiə naziri Qvido Krosetto, ABŞ və İsrailin İrana hücumlarından sonra hava məkanlarının bağlanması səbəbindən Dubayda qalıb.
İtaliya mediasının məlumatına görə, Krosetto dünən Dubaydakı ailəsini götürmək üçün mülki təyyarə ilə bölgəyə səfər edib. Lakin səhər saatlarında İrana hücumlardan sonra BƏƏ hava məkanının mülki uçuşlara bağlanması səbəbindən İtaliyaya qayıda bilməyib.
Nazir Krosettonun Baş nazir Meloni tərəfindən Yaxın Şərqdəki hadisələri dəyərləndirmək üçün Romada çağırılan təcili təhlükəsizlik iclasına video konfrans vasitəsilə qatıldığı bildirilib.
Bu arada, Krosetto Müdafiə Nazirliyinin sosial media hesabından verdiyi açıqlamada Yaxın Şərqdəki hadisələrin yaxından izlənildiyini və əsas məqsədin münaqişənin daha da şiddətlənməsinin qarşısını almaq olduğunu bildirib.
Müxalifətdəki Beş Ulduz Hərəkatı (M5S) Krosettonun Dubayda qalmasına görə hökuməti tənqid edib. Partiya rəsmiləri hökumətin beynəlxalq hadisələr barədə kifayət qədər məlumatlandırılmadığını iddia edərək, İtaliyanın qlobal arenadakı təsirinin zəiflədiyini bildiriblər.
TAHİR