ABŞ və İsrail dünən səhər İrana qarşı hücuma başlayıb. Müharibənin ilk günü İran dini lideri Ayətullah Əli Xameneyi ailə üzvləri ilə birlikdə iqamətgahında öldürülüb.
İran prezidenti Məsud Pezeşkian bildirib ki, bu böyük cinayət heç vaxt cavabsız qalmayacaq: “Bu böyük cinayəti törədənləri və əmr verənləri əməllərindən peşman olmağa məcbur edəcəyik".
Pezeşkianın açıqlamasından sonra ABŞ prezidenti Donald Tramp qisas xəbərdarlığı edib. Prezident Tramp bildirib ki, əgər İran qisas hücumu başlatsa, buna əvvəllər görünməmiş dərəcədə şiddətli bir zərbə ilə qarşılıq veriləcək.
Prezident Tramp məsələ ilə bağlı sosial mediada açıqlama verib.
"İran indicə bildirib ki, bu gün çox ağır zərbə endirəcəklər, əvvəlkindən daha ağır zərbə endirəcəklər. Bunu etməməlidirlər, çünki əgər vursalar, biz onları görünməmiş güclə vuracağıq" - Tramp deyib:
İran İnqilab Keşikçiləri Korpusu Xameneyinin ölümündən "qısa müddət sonra" İsrailə və ABŞ-ın bölgədəki bazalarına qarşı qisas hücumlarına başlayacağını bildirmişdi.
TAHİR