ABŞ və İsrailin hücumlarına cavaba olaraq, İran da bölgədəki Amerika bazalarına və İsrailə raket və kamikaze dron hücumlarını davam etdirir. İran bu saata qədər 14 ABŞ bazasının vurulduğunu açıqlayıb.
Bu arada, İran dronları Bəhreyndə bir göydələnə zərbə endirib. Paytaxt Manamada yerləşən 185 metr hündürlüyündə, 51 mərtəbəli göydələnin yuxarı mərtəbələrinə kamikaze dron hücumundan sonra böyük ziyan dəyib.
2011-ci ildə Manamada açılan 185 metr hündürlüyündə, 51 mərtəbəli ERA Qülləsi Bəhreynin 11-ci ən hündür binası kimi tanınır. Binada 396 lüks yaşayış mənzili var.
TAHİR