İsrail Müdafiə Qüvvələri (İMQ) İrana hava hücumu təşkil edib. Tehranda bir neçə partlayış səsi eşidilib. İsrail müdafiə naziri İsrael Katz hücumu qabaqlayıcı addım adlandırıb. O, həmçinin, tezliklə İranın cavab raketi və pilotsuz təyyarə hücumunun gözlənildiyini bildirib.
İsraildə fövqəladə vəziyyət elan edilib. Nəqliyyat naziri Miri Regev İsrail hava məkanının mülki uçuşlar üçün bağlanmasını əmr edib.
The New York Times qəzeti ABŞ-ın İrana hücumlarda iştirak etdiyini bildirir. Associated Press-in məlumatına görə, İsrail hücumlarından biri İranın Ali Lideri Əli Xamneinin ofisini hədəf alıb. İran dövlət televiziyası ofisdə partlayış baş verdiyini təsdiqləyib.
Yayılan videolarda Tehranın bir neçə ərazisində tüstülənmə olduğu görünür. ZÜMRÜD