ABŞ və İsrailin şənbə günü İrana qarşı başlatdığı müharibənin üçüncü günündə münaqişə tam şiddətlə davam edir.
Tərəflərin bir-birinə amansız hücumları davam edərkən, gecə ərzində başqa bir ölkə müharibəyə qoşulub. İsrail ordusu Livana hava hücumu edərək Livandan ölkə ərazisinə raketlərin atıldığını iddia edib. İsrail ordusu Livan boyunca hava hücumları təşkil edib və Hizbullahı hədəf alıb. Ordudan verilən açıqlamada İsrail təyyarələrinin Hizbullahın raket hücumuna cavab olaraq Hizbullah hədəflərinə hava hücumları etdiyi bildirilir.
TAHİR