İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili təcavüz və BMT Nizamnaməsini pozmaqda ittiham edib və ölkəyə hava hücumlarından sonra özünümüdafiə hüquqlarını elan edib.
RİA Novosti-nin xəbərinə görə, İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib ki, ABŞ və İsrail İran ərazisinə hava hücumları həyata keçirməklə BMT Nizamnaməsini pozublar.
Nazirin sözlərinə görə, hücumlar "açıq silahlı təcavüz" təşkil edir və BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə ziddir. Bu baxımdan, o, İranın sənədin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrailin hava hücumları Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirib, dağıntılara və mülki şəxslərin itkisinə səbəb olub. Öz növbəsində Tehran da İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə raket zərbələri endirib.
SAMİRƏ