ABŞ İrana qarşı "Epik Qəzəb" adı verilən əməliyyatının ilk 12 saatında təxminən 900 hücum həyata keçirib.
“Fox News” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, hücumlar qurudan, havadan və dənizdən həyata keçirilib və dronlardan da istifadə edilib. Bu proses boyunca yüzlərlə İran ballistik raketi də zərərsizləşdirilib.
İranın ilk 12 saatda təxminən 300 raket atdığı və ölkənin təxminən 2000 uzaqmənzilli və 2000 qısamənzilli raketə sahib olduğu bildirilir. Adı açıqlanmayan rəsmi İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahını hədəf alan hücumlarının əslində "boş anbarlara" qarşı həyata keçirildiyini və heç bir əks-hücumun "Epik Qəzəb" əməliyyatının məqsədlərinə təsir etmədiyini bildirib.
ABŞ rəsmisi əməliyyatın məqsədinin İranın artıq qonşularına hücum etmək qabiliyyətinə malik olmamasını təmin etmək olduğunu vurğulayıb.
ABŞ rəsmisi ABŞ-ın İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını harada saxladığını bildiyini, lakin onları vurmağın çətin olduğunu əlavə edib. ABŞ rəsmisi əməliyyatın bir neçə həftə davam edə biləcəyini söyləyib.
TAHİR