Yaxın Şərqdə müharibə davam edir. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolna raket hücumu həyata keçirdiyini açıqlayıb.
SEPAH təyyarədaşıyan gəminin dörd ayrı ballistik raketlə hədəfə alındığını bildirib: "Quru və dəniz terrorçu təcavüzkarların qəbiristanlığına çevriləcək".
ABŞ tərəfi isə hücumu təkzib edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir: "İran İnqilab Keşikçiləri Korpusu USS Abraham Linkolna ballistik raketlərlə hücum etdiyini iddia edir. YALANdır. Linkoln vurulmayıb. Atılan raketlər gəmiyə belə yaxınlaşmadı. Linkoln, İran rejimindən gələn təhdidləri aradan qaldırmaqla Amerika xalqını müdafiə etmək üçün CENTCOM-un amansız kampaniyasını dəstəkləmək üçün təyyarələri buraxmaqda davam edir".
TAHİR