Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İranın Səudiyyə Ərəbistanına hücumlarını "qorxaqlıq" adlandırıb və mümkün hərbi qisas əməliyyatlarına icazə verildiyini deyib.
İranın hərəkətlərini tənqid edən bin Salman Səudiyyə Ərəbistanının suverenliyinin pozulduğunu və bunun cavabsız qalmayacağını bildirib.
CNN-in məlumatına görə, vəliəhd şahzadə hərbi hissələrə lazımi hazırlıqları görməyi tapşırıb və mümkün qisas variantlarını dəyərləndirmək səlahiyyəti verib. Bu addım Ər-Riyadın potensial olaraq diplomatik cavabdan kənara çıxması kimi şərh edilir.
Səudiyyə administrasiyası krallığın özünü müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulayıb. Təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyi və hava hücumundan müdafiə sistemlərinin aktiv saxlanıldığı bildirilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, Səudiyyə Ərəbistanının birbaşa hərbi cavabı Körfəzdə yeni bir cəbhə aça bilər. İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin yenidən artması Yaxın Şərqdəki tarazlığı daha da kövrək vəziyyətə gətirə bilər.
TAHİR