Bazar günü günü, 11 oktyabr 2026
     

Xameneinin taxtı uğrunda maraqlı mübarizə başlanır...

Image


ABŞ prezidenti Donald Tramp 28 fevralda İsraillə birlikdə İrana qarşı başlatdıqları hücumlarda İranın dini lideri Ayətullah Əli Xameneinin öldürüldüyünü açıqladı. İsrailin baş naziri Binyamin Netanyahu Xameneinin öldüyünə dair artan sayda işarə olduğunu dedi. Daha sonra İran da Xameneinin ölümünü təsdiqlədi.

Hücumların ardından Tehranda minlərlə insan ABŞ və İsrail əleyhinə şüarlarla küçələrə çıxdı. Digər tərəfdən, Netanyahunun açıqlamasından sonra bəzi iranlıların Xameneinin ölümünü qeyd etmək üçün küçələrə çıxdığı bildirildi. Burada xatırladaq ki, İranın dini lideri Ayətullah Ruhullah Xomeyni 3 iyun 1989-cu ildə vəfat etdi. Onu əvəz edəcək Xamenei əvvəlcə bu vəzifə üçün təbii namizəd sayılmırdı. Çünki nə İranda ən yüksək dini rütbəyə malik şəxs idi, nə də bir çox yüksək səviyyəli Ayətullahlar qədər dini nüfuza sahib idi. Lakin İran Konstitusiyası bir gecədə dəyişdirildi və dini lider olmağın şərti "İslami elmlərdə yetərlilik" kimi müəyyənləşdirildi. Xamenei də ayətullah məqamına yüksəldildi. Xameneinin İranın yeni dini lideri seçilməsi ölkədə bir çoxlarını təəccübləndirdi, lakin onun müxtəlif siyasi qruplar arasında bir uzlaşmanı təmsil etdiyi də həqiqət idi. O, Xomeyninin irsinə sadiq və digər güclü fiqurlar üçün təhdid yaratmayan namizəd kimi görülürdü. Vəzifəyə gələn kimi baş nazirlik postunu ləğv etdi, icra hakimiyyətini prezidentdə cəmləşdirdi və dövlətin bütün institutları üzərində təsirini artırdı. Xamenei liderliyi boyunca İranın siyasi kimliyini, təhlükəsizlik qurumlarını və xarici siyasətini formalaşdırdı. Bəziləri üçün o, inqilabın qoruyucusu idi, bəziləri üçün isə islahatların qarşısındakı ən böyük əngəl. Lakin mübahisəsiz bir həqiqət var: İranın bugünkü quruluşunu və gələcəyini böyük ölçüdə Xameneinin qoyduğu irs formalaşdırıb.
Belə bir vaxtda Xameneinin ölümü Yaxın Şərqə şok yaşatdı. İndi sual budur ki, onu kim əvəz edəcək. Qeyd edildiyi kimi 1979-cu il İslam inqilabından bəri İranda ali dini lider əsas söz sahibidir, dövlətin başçısıdır. Onun yoxluğu rejimi bütövlükdə sarsıda bilər.
ABŞ açıq şəkildə teokratik hökumətin devrilməsinə çağırır, ölkənin üçüncü ali lideri olacaq şəxs belə bir vaxta vəzifəyə başlayacaq. Ali dini lideri sərt-xətt tərəfdarı 88 ruhani kişidən ibarət Ekspertlər Məclisi seçir. Roma Katolik Kilsəsinin Kardinallar Kollegiyası buna analoji qurumdur, orada da ali lideri elit dini qurum seçir. 2014-cü ildə Xamenei prostat əməliyyatı keçirəndə bu məclis diqqət mərkəzinə gəlib. O zaman keçmiş prezident Əli Rəfsəncani növbəti ali liderin kim olacağı məsələsini qaldırmışdı. Sərt xətt tərəfdarları Xameneiyə rəqib sayılan Rəfsəncanini sonradan məclis sədrliyindən uzaqlaşdırdı. Onun 2009-cu ildə "Yaşıl hərəkatı" nümayişlərinə dəstəyi də onların xoşuna gəlməmişdi. O, 2017-ci ildə vəfat edib. Məlumatlara görə, məclis daxilində üç nəfərlik komitə illərdir mümkün varislərin siyahısını saxlayır, digər üzvlər bu siyahını görməyiblər. Mərhum prezident İbrahim Rəisinin Xameneinin varisi olacağına inam böyük idi. O isə qəfildən 2024-cü ilin mayında vertolyot qəzasında həlak oldu. Deməli, Xameneinin varisini Ekspertlər Məclisi seçəcək? Rəsmən belədir, amma reallıqda bu, daha qəliz məsələdir. Əvvəla, hazırda İsrail və ABŞ-nin zərbələri hakimiyyətə ölüm-qalım stressi yaşadır. İran konstitusiyasına görə, ali lider postu boşalanda müvəqqəti rəhbərlik şurası yeni lider təyin olunanadək ölkəni idarə edir. Hazırda ruhani olmayan prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei bu şuradadır. Martın 1-də isə Əlirza Ərafi şuranın üçüncü üzvü təyin olunub. Xameneiyə yaxın sayılan Ərafi Ekspertlər Məclisinin iki rəhbər müavinindən biridir. Xamenei onu 2020-ci ildə ölkədəki bütün mədrəsələrin başçısı təyin edib. Bu isə onun növbəti ali lider olmaqdan ötrü dini kriteriyalara uyğun gəldiyi demək idi.
Ərafi 12-nəfərlik Keşikçilər Şurasının da üzvüdür. Bu qurum seçkiyə buraxılan namizədləri yoxlayır, qanunların ölkə konstitusiyasına uyğun gəlib-gəlmədiyini müəyyən edir. Demək, Xameneinin xələfi olacaq? Olmaya da bilər. 2018-ci ildə Xamenei müttəfiqi Sadiq Laricanini daha bir qərarverici orqan olan Məqsədəuyğunluq Şurasına təyin edib. Ona Keşikçilər Şurasında da yer ayrılıb. Laricani müxtəlif dövlət xadimləri olan üç qardaşdan biridir. O zaman bu addımlar Xameneinin mötədillərin meydanını daraltması kimi yozuldu. Mərhum ali liderin altı övladından biri – Müctəba Xamenei də var. 2009-cu ildə hakimiyyətə qarşı etirazlar vaxtı şayiələr yayılmışdı ki, o, atasını əvəzləməyə güclü namizəddir. Xameneinin oğlunun pərdəarxası güclü nüfuzu, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri olduğu deyilir. Amma Rəisinin ölümündən sonra yayılan informasiyalarda Xameneinin irsi idarəçiliyə qarşı olduğu deyilirdi. Bu isə oğul Xameneinin çıxdaş olunması deməkdir. Daha bir faktor SEPAH-dır. Xameneinin sadiq dəstəkçisi olan bu qurum öz maraqlarını qorumaq istəyəcək. Amma ABŞ və İsrailin zərbələrindən Xamenei ilə birlikdə onlarla ordu rəsmisi, SEPAH üzvünün də öldürüldüyü bildirilir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ