çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Neytrallığın klassik nümunəsi: Türkmənistan, ya Azərbaycan...

Image


Azərbaycanın xarici siyasət xətti son otuz il ərzində regionda formalaşan ən sabit, ardıcıl və çoxvektorlu siyasi modellərdən biri kimi çıxış edir. Beynəlxalq hüquq baxımından Azərbaycan rəsmi şəkildə daimi neytral dövlət statusuna malik olmasa da, onun faktiki davranışı, enerji siyasətində müstəqilliyi, diplomatik balansı və regional proseslərdə tərəfsiz mövqeyini qoruması ölkəni Cənubi Qafqaz, eləcə də Orta və Mərkəzi Asiya məkanında real neytrallığın əsas nümunəsinə çevirir. Bu mənzərə Türkmənistanın 1995-ci ildə BMT tərəfindən tanınmış formal neytrallıq statusu ilə mahiyyət etibarilə kəskin ziddiyyət təşkil edir.

Türkmənistana verilmiş daimi neytrallıq statusu həmin dövrün geosiyasi reallıqlarından irəli gəlirdi. SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiyada yaranmış qeyri-müəyyənlik, Tacikistanda vətəndaş müharibəsi, Əfqanıstan faktoru, regionun böyük güclər arasında rəqabət zonasına çevrilmə risqi BMT-ni preventiv siyasi mexanizmlərə əl atmağa vadar etmişdi. Türkmənistanın neytral elan edilməsi regionda hərbi-siyasi balansı qorumaq, yeni ittifaqların və xarici hərbi mövcudluğun qarşısını almaq məqsədi daşıyan tampon strategiyanın tərkib hissəsi idi. Bu qərar ölkənin ardıcıl neytral davranışına və ya beynəlxalq münasibətlərdə balanslı praktikasına əsaslanmırdı, daha çox BMT-nin risqlərin azaldılmasına yönəlmiş siyasi yanaşmasının nəticəsi idi.

Sonrakı onilliklər isə bu statusun real məzmunla dəstəklənmədiyini açıq şəkildə ortaya qoydu. Türkmənistan klassik neytral dövlətlər üçün xarakterik olan açıq diplomatiya, regional etimad mühiti və çoxtərəfli əməkdaşlıq modelini formalaşdıra bilmədi. Əksinə, ölkə uzun müddət özünütəcrid siyasəti yürüdərək beynəlxalq iqtisadi və siyasi inteqrasiyadan kənarda qaldı. Xarici diplomatların, beynəlxalq təşkilatların və media qurumlarının fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq olundu, regional təşəbbüslərdə iştirak minimuma endirildi.

Türkmənistanın davranışı qonşularla münasibətlərdə də neytral modelə uyğun gəlmədi. Qazaxıstan və Özbəkistanla illərlə davam edən sərhəd, tranzit və su ehtiyatları üzrə problemlər, Xəzər dənizinin hüquqi statusu məsələsində kompromisdən yayınma, Azərbaycanla “Kəpəz" (türkmən adı "Sərdar”) yatağı üzərindən yaranmış kəskin qarşıdurma və hətta hərbi eskalasiya riski neytral dövlət davranışı ilə ziddiyyət təşkil edirdi. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində diplomatik əlaqələrin faktiki dondurulması və hərbi ritorika Türkmənistanın neytrallığının praktikada işləmədiyini göstərən açıq nümunələr idi.

Bununla yanaşı, Türkmənistan uzun illər enerji ixracında real seçim imkanına malik olmayıb. Qaz ixracı faktiki olaraq Rusiya üzərindən həyata keçirilib, qiymət və həcmlər Moskva tərəfindən müəyyən olunub. Bu vəziyyət ölkəni bir aktordan iqtisadi cəhətdən asılı hala salıb və onun xarici siyasətdə manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Klassik neytral dövlətlər üçün əsas şərtlərdən biri iqtisadi müstəqillik və strateji resurslar üzərində suveren nəzarətdirsə, Türkmənistan bu meyarı uzun müddət təmin edə bilməyib. Bu səbəbdən onun neytrallığı hüquqi baxımdan tanınsa da, real siyasətdə daha çox deklarativ və simvolik xarakter daşıyıb.

Azərbaycanın mövqeyi isə tamamilə fərqli siyasi məntiq üzərində qurulub və bu fərq zaman keçdikcə daha aydın görünür. Azərbaycan müasir xarici siyasət kursunu yalnız rəsmi bəyanatlarla deyil, ardıcıl dövlət təcrübəsi ilə beynəlxalq hüququn fundamental prinsiplərinə söykənərək aparıb. Suverenliyə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, gücdən istifadənin rədd edilməsi və münaqişələrin siyasi-hüquqi yollarla həlli ölkənin diplomatik davranışının əsas xəttini təşkil edib. Azərbaycan öz təhlükəsizlik və inkişaf maraqlarını təmin edərkən hər hansı qlobal hərbi-siyasi blokun institusional üzvü olmaqdansa, müxtəlif güc mərkəzləri ilə paralel və çevik əməkdaşlıq modelini seçib.

NATO ilə tərəfdaşlıq münasibətlərinin saxlanılması, Avropa İttifaqı ilə strateji enerji dialoqunun qurulması, Rusiya ilə siyasi və təhlükəsizlik sahəsində qarşılıqlı maraqlara əsaslanan əlaqələrin davam etdirilməsi, İran və Türkiyə ilə regional balansı gücləndirən münasibətlərin qorunması Azərbaycanın çoxvektorlu diplomatiyasının real məzmununu formalaşdırır. Bu siyasət qarşıdurma yaratmır, əksinə, regionda proqnozlaşdırıla bilən və sabit mühitin formalaşmasına xidmət edir.

Azərbaycanın praktik neytrallığının ən mühüm dayaqlarından biri enerji strategiyasıdır. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və ümumilikdə Cənub Qaz Dəhlizi ölkəyə enerji marşrutları üzərində tam suveren nəzarət imkanı verib. Bu layihələr Azərbaycanı tək bir bazardan və ya tranzit ölkədən asılı vəziyyətdən çıxarıb və onu Avropa ilə uzunmüddətli və bərabərhüquqlu münasibətlərə daxil edib. Enerji resurslarının şaxələndirilmiş marşrutlar vasitəsilə ixracı Azərbaycanın həm iqtisadi, həm də diplomatik müstəqilliyini möhkəmləndirib və neytral balans siyasətini real məzmunla təmin edib.

Regional münasibətlərdə də Azərbaycan gərginlikdən yayınan, balans yaradan və vasitəçilik potensialı saxlayan xəttə üstünlük verir. Qonşu dövlətlərlə sabit və institusional əlaqələrin qurulması, hərbi bloklaşmanı dərinləşdirən addımlardan çəkinilməsi, mübahisələrin beynəlxalq hüquq və məhkəmə mexanizmləri vasitəsilə həllinə üstünlük verilməsi bu siyasətin tərkib hissəsidir. Haaqa arbitrajında qaldırılmış işlər Azərbaycanın gücdən deyil, hüquqdan istifadə edən dövlət modeli qurduğunu göstərir.

Bu xüsusiyyətlər Azərbaycanın neytrallığının hüquqi sənədlərlə deyil, real davranış və davamlı təcrübə ilə təsdiqləndiyini ortaya qoyur. Azərbaycan həm Qərblə, həm Şərqlə, həm NATO ilə, həm də Qoşulmama Hərəkatı ilə paralel əməkdaşlıq apararaq heç bir blokun orbitinə daxil olmadan öz milli maraqlarını qoruyur. Dövlətin beynəlxalq hərbi əməliyyatlarda iştirak etməməsi, regiondan kənar güc iddiaları irəli sürməməsi və dialoq platforması rolunu qoruması bu neytral-balans modelini daha da möhkəmləndirir.

Bu reallıq fonunda Türkmənistanın "neytrallıq imici"nin son illərdə yenidən aktuallaşdırılması daha çox Avropa İttifaqının enerji və nadir torpaq elementləri üzrə yeni marşrutlar axtarması, eləcə də Aşqabadın yeni bazarlara çıxmaq cəhdləri ilə bağlıdır. Lakin bu təşəbbüslər uzun illər davam etmiş özünütəcrid, iqtisadi asılılıq və regional etimadsızlıq fonunda real neytral davranış formalaşdırmır, daha çox siyasi imic yaratmağa xidmət edir.

Nəticə etibarilə faktlar göstərir ki, Cənubi Qafqaz və Orta Asiya məkanında real neytrallıq simvolu formal statusa malik olan dövlət deyil, davamlı balans siyasəti aparan dövlətdir. Bu baxımdan Azərbaycan modeli hüquqi sənəd üzərində deyil, enerji müstəqilliyi, diplomatik çeviklik, beynəlxalq hüquqa sadiqlik və uzunmüddətli strateji davranış üzərində qurulduğu üçün daha güclü, daha çevik və daha davamlıdır. Region ölkələri üçün öyrənilməli və tətbiq olunmalı nümunə məhz bu praktik neytrallıq modelidir.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ