"Milli Şura"nın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib. O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.
G.Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib. 3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb.
Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən ay Türkiyədə saxlanılmışdı.
ZÜMRÜD