Ermənistan xarici müdaxilələrin qarşısının alınması ilə bağlı Avropa İttifaqından kömək istəyib. Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.
“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün bu məsələdə Ermənistana necə köməklik edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan seçkilərə ölkəxaricindən müdaxilələrin qarşısının alınmasında bizim köməklik göstərməyimizlə bağlı müraciət edib”,- deyə Kallas bildirib.
Bundan əvvəl Kaya Kallas bildirmişdi ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya Ermənistana yönəlmiş dezinformasiya kampaniyasını gücləndirməyə başlayıb.