çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...

Image


Cənubi Qafqazda dayanıqlı enerjinin inkişafı üçün ən vacib şərt qaz və elektrik enerjisi bazarlarının inteqrasiyasıdır. Bu sözləri Gürcüstan parlamentinin Ətraf mühit və təbii sərvətlər komitəsinin sədri Maia Bitadze Avropa İttifaqının Enerji Birliyinin toplantısında söyləyib.

Onun sözlərinə görə, Gürcüstan Milli Enerji və İqlim Planı hazırlayıb və MRV (Monitorinq, Hesabat və Yoxlama) sisteminin hazırlanmasına başlayıb. Parlament bu sistemin tətbiqi üçün zəruri olan qanunvericilik düzəlişlərini bu il birinci oxunuşda qəbul edəcək. Bundan əlavə, emissiya ticarət sistemini tətbiq edəcək və iqlim neytrallığına doğru strateji istiqamətimizi müəyyən edəcək. Bu məqsədlə “İqlim Dəyişikliyi Haqqında” qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qeyd olunub ki, regionda etibarlı və müasir enerji sistemi yaratmaq üçün qonşular və strateji tərəfdaşlarla əməkdaşlıq davam etdirilir.

"Bu baxımdan, Qara dəniz sualtı kabel layihəsi Avropanın və Cənubi Qafqaz regionunun enerji təhlükəsizliyinin gücləndirilməsinə və Orta Dəhliz vasitəsilə tranzit imkanlarının artırılmasına töhfə verəcək. Qeyd etmək lazımdır ki, Qara dəniz sualtı kabel layihəsi artıq Avropa İttifaqı tərəfindən Gürcüstanın Enerji Birliyinin sədri statusu çərçivəsində Qarşılıqlı Maraq Layihəsi kimi tanınıb”. Qeyd edək ki, Qara dəniz sualtı kabel layihəsi son illərin ən strateji infrastrukturlarından biri kimi qiymətləndirilir və həm Qafqaz regionu, həm də Avropa üçün çoxşaxəli əhəmiyyət daşıyır. Layihənin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Gürcüstan vasitəsilə Cənubi Qafqazdan Avropaya elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə yüksək gərginlikli kabel sistemi çəkilir. Bu layihə Avropa İttifaqı tərəfindən dəstəklənir, Azərbaycanın “yaşıl enerji” potensialını Avropa bazarına inteqrasiya edən mühüm enerji körpüsü hesab edilir. Kabelin çəkilməsi yalnız texnoloji yenilik deyil, həm də geosiyasi, iqtisadi və ekoloji baxımdan strateji addım kimi dəyərləndirilir. Layihənin Qafqaz üçün ən mühüm əhəmiyyətlərindən biri regionun enerji tranzit qovşağı kimi rolunun daha da möhkəmlənməsidir. Azərbaycan və Gürcüstan artıq uzun illərdir ki, neft və qaz kəmərləri vasitəsilə Avropa enerji təhlükəsizliyində mühüm mövqedədirlər. Sualtı elektrik kabeli isə regionun yalnız karbohidrogenlərlə deyil, həm də bərpa olunan enerji ilə Avropa ilə əlaqəsini təmin etməklə tranzit imkanlarını genişləndirir. Bu, region ölkələri üçün əlavə siyasi nüfuz, iqtisadi gəlir və strateji tərəfdaşlıq mühiti yaradır. Qafqaz ölkələri enerji infrastrukturunu diversifikasiya etməklə həm öz enerji təhlükəsizliyini gücləndirir, həm də Avropa ilə daha sabit və uzunmüddətli əməkdaşlıq platforması formalaşdırır.

Azərbaycan üçün layihə xüsusi əhəmiyyət daşıyır, çünki ölkənin geniş bərpa olunan enerji potensialı, xüsusilə Qarabağ, Naxçıvan və Xəzər akvatoriyasında külək və günəş enerjisi layihələri fonunda bu kabel vasitəsilə böyük bazarlara çıxış əldə edəcək. Bu, qeyri-neft sektorunun inkişafı, yaşıl enerji ixracının formalaşması və ölkənin enerji iqtisadiyyatının yeni mərhələyə keçməsi deməkdir. Avropa İttifaqının “yaşıl keçid” siyasəti fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi həm regionda, həm də beynəlxalq səviyyədə ölkənin strateji əhəmiyyətini artırır. Gürcüstan üçün də kabel layihəsi həm tranzit ölkə kimi gəlir gətirir, həm də ölkənin enerji sektorunda sabitlik və diversifikasiya yaradır. Gürcüstan hidropotensialı ilə tanınır və bu layihə ona enerji ixracatını daha dayanıqlı şəkildə davam etdirməyə imkan verir. Eyni zamanda, ölkə regionun enerji inteqrasiyasında mühüm rol alaraq Avropa ilə iqtisadi bağlarını gücləndirir. Layihənin Avropa üçün əhəmiyyəti daha geniş miqyasda dəyərləndirilir. Avropa son illərdə enerji asılılığını azaltmaq, Rusiyadan enerji tədarükünü əvəz etmək və bərpa olunan enerji mənbələrinin payını artırmaq istiqamətində ciddi siyasət yürüdür. Qara dəniz kabeli Avropaya Cənubi Qafqazdan yaşıl enerji gətirməklə bu məqsədlərə töhfə verir. Bu, Avropanın enerji təhlükəsizliyini artırır, enerji mənbələrinin coğrafi baxımdan daha geniş diversifikasiyasını təmin edir və bazarda sabitliyi gücləndirir. Kabel Avropa ölkələrinin enerji təchizatında yeni və etibarlı marşrut yaradır ki, bu da xüsusilə geosiyasi risklərin artdığı dövrdə çox vacibdir. Ekoloji baxımdan layihə həm Qafqaz, həm də Avropa üçün “yaşıl enerji” keçidini sürətləndirən mühüm təşəbbüsdür. Bərpa olunan enerji mənbələrinin daha geniş istifadəsi karbon emissiyalarının azalmasına, ekoloji balansın qorunmasına və iqlim dəyişmələri ilə mübarizədə qlobal töhfənin artırılmasına şərait yaradır. Bu baxımdan kabel layihəsi enerji sistemlərinin modernləşdirilməsi və ekoloji sabitliyin təmin olunması üçün strateji addım kimi çıxış edir. Bundan əlavə, layihə texnoloji inkişaf baxımından da mühüm rol oynayır. Qara dənizin dibi ilə yüksək gərginlikli kabel çəkilməsi mühəndislik baxımından mürəkkəb prosesdir. Ümumiyyətlə, Qara dəniz sualtı kabel layihəsi həm Qafqaz ölkələri, həm də Avropa üçün çoxşaxəli strateji əhəmiyyətə malikdir. Layihə regionun enerji və tranzit imkanlarını genişləndirir, Avropanın enerji təhlükəsizliyini gücləndirir, bərpa olunan enerjinin inkişafını sürətləndirir və qlobal enerji xəritəsində yeni əməkdaşlıq xətti yaradır. Bu kabel təkcə enerji layihəsi deyil, həm də regional sabitliyi və iqtisadi inkişafı dəstəkləyən uzunmüddətli strateji körpü kimi qiymətləndirilir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ