Türkiyə Prezidenti Ərdoğan Qara dənizdə Türk gəmisinə edilən hücumlara münasibət bildirib.
Ərdoğan bildirib ki, Qara dəniz qarşıdurma zonasına çevrilməməlidir: “Hadisələrin bu istiqamətdə inkişafı heç bir fayda gətirməz, yalnız Rusiyaya və Ukraynaya zərər vurar. Qara dənizdə təhlükəsiz gəmiçiliyə bütün tərəflərin ehtiyacı var və bu, mütləq təmin edilməlidir”.
Prezident Ukrayna ilə Rusiya arasında sülhün uzaqda olmadığını deyib: “Sülh uzaqda deyil və biz bunu görürük. Əsas məsələ sülh istiqamətində səyləri davam etdirməkdir”.
TAHİR