çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

750 min zərərçəkmişin nümayəndələri erməni quldurlara ağır cəza istədilər...

Image


Akif Nağı: “...Ağır şəkildə cəzalandırılmalıdırlar”

Ağır müharibə cinayətləri törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edib.

Zərərçəkmiş şəxslərin nümayəndəsi Şaiq Hüseynov çıxışında deyib ki, müdafiəçilərin mütləq əksəriyyətinin müdafiə nitqi formal mülahizələrə əsaslanıb: “Təkcə təkzibedilməz bir faktı qeyd etmək yetərlidir ki, iş üzrə təqsirləndirilən şəxslərin istisnasız olaraq hamısı tərksilah edilməklə saxlanıldığı zaman ya onların üzərində, ya da yaşayış yerində aparılmış axtarış zamanı müxtəlif növ silah və döyüş sursatı aşkar edilərək götürülüb”.

Ş.Hüseynov dövlət ittihamçılarının təklifi nəzərə alınmaqla, təqsirləndirilən şəxslərin barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Zərərçəkmişlərin digər nümayəndələri Aydın Hacıyev çıxışında təqsirləndirilən şəxslərə ədalətli cəza verilməsini məhkəmədən xahiş edib: “Təqsirləndirilən şəxslərə ədalətli cəza təyin etməklə, eyni zamanda, zərərçəkmiş şəxslərin hüquqları qismən də olsa bərpa edilmiş olar. Çünki onların konstitusion hüquqları, yaşamaq hüququ, təhlükəsizlik hüququ, mülkiyyət hüququ, mənzil hüququ, təhlükəsiz yaşamaq hüququ kimi hüquqları Ermənistan silahlı qüvvələrinin və təqsirləndirilən şəxslərin birbaşa fəaliyyətinin nəticəsi olaraq pozulub”.

Zərərçəkmişlərin digər nümayəndəsi Rauf Abdullayev çıxışında təqsirləndirilən şəxslərin layiqli cəzaya məhkum olunmalarını məhkəmədən xahiş edib.

Göründüyü kimi, məhkəmədə zərərçəkmiş şəxslər, eləcə də onların nümayəndələri separatçılara ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.

“Zərərçəkmişlər, zülmə məruz qalmışların haqlı mövqeyi, tələbi birmənalı olaraq nəzərə alınmalıdır”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, məhkəmə prosesi olduqca obyektiv gedib, zərərçəkənlər həm şahidlər, həm də zərərçəkən qismində dindirilib: “Çoxlarının bilmədiyi çox dəhşətli faktlar ortaya çıxıb. Dünya da bilməlidir ki, ermənilər bizə qarşı çox amansız cinayətlər törədiblər, vəhşiliklər ediblər. Həm ümumi şəkildə erməni vəhşiliyi barədə mənzərə yaranıb, həm də orada olan şəxslərin cinayət məsuliyyəti, törətdikləri cinayətlərlə bağlı şahidlər, zərərçəkmişlər ifadə verib. Ona görə də bu tam şəkildə ədalətli bir məhkəmədir. Ədalət məhkəməsidir. Kimin nə deməsindən aslı olmayaraq erməni separatçıları ağır şəkildə cəzalandırılmalıdır. Mətbuatda gedən məlumatlara görə, vəkilləri onlara bəraət verilməsi meylindədirlər. Bilmirəm, onlar dünya praktikasınamı əsaslanıb belə bir mövqe ortaya qoyurlar? Amma bəraətdən söhbət gedə bilməz. Onlar öz cinayətlərinin cəzasını almalıdırlar. Bu məsələdə siyasi konyunktura rol oynamamalıdır.

Azərbaycan rəhbərliyi dəfələrlə Ermənistan rəhbərliyinə deyib ki, biz sülh müqaviləsinin imzalanmasında, normal qonşuluq münasibətlərində maraqlıyıq. Amma bu o demək deyil ki, Ermənistan hakimiyyətinin, Ermənistan ordusunun, ermənilərin, xaricdən gətirilən Ermənistan vətəndaşları olmayanların xalqımıza, dövlətimizə qarşı törətdikləri cinayətləri unutmalıyıq. Azərbaycan rəhbərliyi bunu dəfələrlə bəyan edib.

Ona görə də bu istiqamətdə proseslər davam etməlidir, faktlar ortaya qoyulmalıdır və ermənilərin heç biri cəzadan yayına bilməməlidir”.

A.Nağının fikrincə, burada müəyyən motivlər ola, böyük dövlətlər təsir etmək cəhdlərində, xahişlərdə buluna bilərlər, amma onlar qətiyyən nəzərə alınmamalıdır. A.Nağının sözlərinə görə, ermənilər bu cür vəziyyətlərdə qapı-qapı düşüb özlərinə dəstək axtarırlar, Ermənistan rəhbərliyi, kilsə, ayrı-ayrı ictimaiyyət nümayəndələri də həmçinin. A.Nağının qeyd etdiyinə görə, erməni kilsəsi, erməni müxalifəti, eləcə də Paşinyan hakimiyyətinin nümayəndələri xarici səfərlərdə, tədbirlərdə, görüşlərdə əllərinə bir fürsət düşən kimi böyük dövlətlərin, beynəlxalq qurumların rəhbərlərindən, deputatlardan xahiş edirlər Bakıda mühakimə olunan separatçılarla bağlı Azərbaycan dövlətinə təsir etsinlər. “Ermənistanın daxilində bu siyasi bir alətə çevrilib. Ona görə də həm Ermənistan hakimiyyəti, həm də müxalifət Azərbaycanda üzərlərində ədalət məhkəməsi qurulan hərbi canilərlə əlaqədar manipulyasiya etməyə, yanlış ictimai rəy yaratmağa çalışırlar. Ermənistanın içində sanki bir yarış gedir ki, kim separatçıları daha çox müdafiə edir, onların mövqeyindən daha çox çıxış edir. Onların qohumları ilə görüşürlər, emosional vəziyyətlərindən istifadə etməyə çalışırlar. Bunlar hamısı detallardır, ciddi məsələ deyil. Azərbaycan dövlətinin mövqeyi var. İkincisi də, bu məhkəmədir və məhkəmənin qərarına heç kim təsir edə bilməz. Onlar cəzalarını almalıdır, Azərbaycan ərazisində cəzalarını çəkməlidirlər.

Azərbaycan məhkəməsi heç vaxt onları cinayət məsuliyyətindən azad etməməlidir. Müstəsna hal kimi Azərbaycan Prezidentinin əfv etmə səlahiyyəti var. Onlar da elə ağır cinayətlər törədiblər ki, Azərbaycan Prezidentinin əfv etmə kateqoriyasına düşə bilməzlər...”

A.Nağının sözlərinə görə, zərərçəkmişlərin məhkəmədən xahişi tam haqlıdır və onların cinayətləri heç bir halda bağışlana bilməz. “Zərərçəkmişlər, zülmə məruz qalmışların haqlı mövqeyi, tələbi birmənalı olaraq nəzərə alınmalıdır. Hesab edirəm ki, zərərçəkmişlər tamamilə haqlıdır, onlar tam şəkildə öz cəzalarını çəkməlidir. Bu yalnız zərərçəkmişlərin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin tələbidir, sosial sifarişdir”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ