çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Yeddiçayarası hövzəsinin qanlı suları... 1916-1920-ci illərdə...

Image


1916-ci ildə çar Rusiyasının hərbi qüvvələri tərəfindən kökənli Qırğız-Uyğur xalqlarına qarşı başladılan faciəvi hücumlar on minlərlə dinc sakinin amansız qətlləri, soyqırım faciələri, növbəti mərhələdə isə bu ərazilərə rusların kütləvi köçürülməsi ilə nəticələnmişdir.

Faciə qurbanlarının narahat Ruhlarının anımı və qanlı Tarixin unudulmaması naminə Qırğız Respublikasının prezidenti A.Ş.Atambayevin (1956) 27 may 2015-ci il tarixli “1916-cı ilin faciəvi hadisələrinin 100 illiyi barədə” Fərmanı verilmiş, 31 may-01 iyun 2019-cu ildə Qaragöl şəhərində “1916-cı il: Mərkəzi Asiya üsyanının öyrənilməsində siyasizləşdirmə və humanism yanaşmaları” mövzusunda konfrans keçirilmiş, toplular nəşr edilmiş, bu hadisələrə ilk siyasi qiyməti isə 1931-ci ildə həmin soyqırım qətliamlarının 15 illiyinə həsr edilmiş tədbirdə (Bişkek şəhəri) Qırğız hökumətinin 1-ci sədri Y.Ə.Əbdürəhmanov (1901-1938) çıxışında vermişdir. 1938-ci ilin 03 noyabr günündə Rusiya dövlətinin irqçi-mllitarist rejimi tərəfindən güllələnmiş Y.Ə.Əbdürəhmanov (2022-ci ildən Qırğız Respublikasının Qəhrəmanı) 1916-cı ilin Yeddiçayarası soyqırımının əsas səbəbini Rusiyanın müstəmləkə və işğalçılıq siyasətinə qarşı Milli-Azadlıq mübarizəsinin qanla yatırılmasında görmüşdür. 2016-sı ilin may ayında Şərqi Qazaxstanın Abay mahalında Yeddioba şəhərində keçirilmiş “XX əsrin əvvəllərində Qazaxstanda Milli-Azadlıq hərakatı” mövzusundakı elmi-praktiki konfransda da bu məsələlərin elmi-nəzəri və tarixi-coğrafi, milli-mənəvi və ictimai-mədəni təhlilinə geniş tyer verilmişdir. Təbii ki, bu faciələrin kökündə Rus dövlətinin Türk-Müsəlman xalqlarına qarşı müstəmləkə siyasətinin siyasi, hərbi, iqtisadi, mədəni... rişələri XX əsrin əvvəllərində xüsus rol oynamış və oynamaqdadır... Çar Rusiyasının hakimi I Pyotrun (1672-1725) vəsiyyətləri sırasında Hind okeanına çıxış, Hindistanın təbii-maddi zənginliyinə yiyələnmək əsas yer tutduğundan onun ölümündən sonra bu istiqamətdə siyasi, hərbi, iqtisadi həmlələrin davam etdirilməsi 1991-ci ilədək davam etmişdir. İmperator I Pavelin (1754-1801) hakimiyyəti dövründə, 1801-ci ilin yanvar ayında rus silahlı qüvvələrinin Don kazakı general V.Orlovun (1745-1801) başçılığı ilə (21651 nəfərlik hərbi hissəyə generallar M.İ.Platov (1753-1818), İ.N.Buzin (1744-1826), A.K.Denisov (1763-1841), Q.A.Bokov...da rəhbərlik etmişlər) Hindistana hərbi yürüşü uğursuzluğa düçar olsa da, 1890-cı ildə Türküstan diyarının işğalı, 1917-ci ilin hakimiyyət-dövlət çevrilişi bu mənfur niyyətə yeni nəfəs versə də, ruslar yalnız bu işğalçı məqsədlərinə nail ola bilməmişlər. Amma, Rusiyanın bu istiqamət üzrə işğalcılıq dövlət siyasəti, xüsusilə, XX əsrin əvvəllərində Qazaxstan və Mərkəzi Asiyanın Türk xalqlarının tarixi, coğrafi, iqtisadi, milli-mədəni....zənginliyinə yabançı, axıdılan qanların silinməz izləri ilə nəticələnmişdir...Bu istiqamətdə 1912-si ilin Türküstan Milli-Azadlıq hərakatını amansızlıqla yatıran Yeddiçayarasının kazak alayının komandiri general A.V.Samsonovun (1859-1914) hərbi-siyasi diktəsi Rusiya dövlət siyasətini səciyyələndirmişdir: “heç kimə və heç kəsə aman verilməyəcək”. Qazax, Qırğız, Uyğur...xalqlarının çar Rusiyasına qarşı 1916-1917-cı illərdə Yeddiçayarasında növbəti başayan Milli-Azadlıq hərakatının qanla boğulması növbəti mərhələdə bolşevik Rusiyasının millitarist siyasəti ilə müşayət olunmuşdur. Nəticədə, XX yüzilliyin 18-ci ili, may ayında Yeddiçayarası hövzəsinin çayları (İli, Çu, Narın, Qaratal, Ağsu...) və Balxaşgölü ətrafında, Qulca nahiyəsində (Alma-Ata şəhərindən şərqdə) Qırğız-Uyğur Türklərinə qarşı soyqırım faciələrinə səbəb olan amansız qətliamları komissar M.Murayevun silahlı-nizami dəstələri törətmiş, minlərlə dinc sakin (25 min nəfər) Rusiya dövlətinin siyasi-hərbi, iqtisadi-mədəni... işğalının qurbanı olmuşdur. Qırmızı ordu silahlılarının (M.Murayev başda olmaqla) bəhanələri bu idi ki, guya 1918-ci ilin əvvəllərində yerli-kökənli Türk-Müsəlman qövmü “bolşevik inqilabına maddi-mənəvi dəstək olmamışdır” və bu intiqama görə bölgənin 30-dan çox kəndində əhali sorğu-sual edilmədən gülləbaran edilmişdir, hətta Canaşar kənd sakinləri silahlıları sakit, din xadimləri əllərində “Qurani-Şərif” qarşılaşalar da, onların qanlı niyyətlərindən xəbərsiz idilər...

Türküstan Cəbhəsinin Daşkənd şəhərində yerləşən mərkəzi Qərargahından göndərilən və Fövqəladə komissar səlahiyyətləri daşıyan M.Murayev qətliamları törədən 48 əsgərlə birlikdə (onlar həm də qadınlara təcavüz edənlər idi) Alma-Ata şəhərində şəkdiyi fotoşəkil bu soyqırıma dair nadir sənədlərdən biridir. Qanlı faciələrə səbəb olan amansız qətliamların törədilməsində rus zabiti İ.E.Mamontovun dəstələrini iştirak etmişdilər (bu tarixi faciələr rus yazıçısı və Türküstan Cəbhəsinin səlahiyyətli nümayəndəsi D.A.Furmanovun (1891-1926) məruzələrində və “Qiyam” romanında (1925) təsvir edilib). 1918-1920-ci illər Qazax, Qırğız və Uyğur Türklərinin 1918-1920-ci illərdə Yeddişayarası soyqırımı qətliamlarını 1970-ci illərin ortalarından icazəli olaraq işıqlandıran rus tarixçi və yazıçıları hadisələrin mahiyyətini qəsdən təhrif edərək bu milli faciənin Sovet hakimiyyətinə qarşı əksinqilabçı qüvvələri (İ.E.Mamontov (1886-1918), A.M.İonov (1880-1950)...) və guya onlara güvənən milli-azadlıq mücahidləri tərəfindən törədildiyi təbliğatını aparmışlar.

25-29 may 1918-ci il hadisələri barədə Carkənd qəzasında kökənli əhali ilə ruslar arasında Əlaqələndirmə üzrə komissar Y.C.Cabbarov söyləmişdir:

- M.Murayevin dəstələri 20 mindən çox Türk-Müsəlman qövmünü qətlə yetirmişdir, Alma-Ata qəzasının Canaşir kəndindən Carkənd qəzasının Çarın kəndinədək bütün kəndlərin sakinlərini qılıncdan keçirmişlər, təkcə Çilik kəndində bir sutka ərzində 14 min nəfər dinc sakin öldürülmüşdür.Onların kütləvi basdırılmasına 3 gün vaxt sərf etmişlər. Bu soyqırım qətliamları onlarla yaşayış məntəqələrində təkrarlanmışdır....

(Qazaxstan Prezidentinin Arxiv İdarəsi, F-811, D-36, səh.45-46).

16 iyun 1918-ci ildə Alma-Ata şəhərində ”qəbilələrarası münqişələr zamanı öldürülənlərin cədələrinin yığışdırılması ilə bağlı” Sanitar Şuranın təcili yığıncağı keçirilmişdir.

(QAAO, F-174, D-32, səh.56).

1918-ci ilin may-iyun aylarında bölgənin kəndləri (Qaratal, Ağsu, Bəyli, Sarıkənd, Lepsi, Baskay çay qolları boyunca) qanlı sular axınına dönmüşdür. Uyğur Türklərinin Kiçik Ağsu kəndi yer üzündən silinmişdir, faciə qurbanlarının anım xatirəsi şərəfinə Böyük Ağsu kəndində ucaldılmış abidə üzərində bu tarix cızılıb-“1918-1334” (il və qurbanların sayı).

Rus-kazak silahlılarının kütləvi hücumlarından canlarını qurtarmağa can atan Uyğurlar-Qırğızlar təqiblərə rəğmən qarlı dağlara çəkilmiş, xeyli hissəsi (25 min nəfər) isə Uyğurstan diyarının Quluca bölgəsinə (Çin dövlətinin qərbində) köçmüşlər. Boşaldılan yurdlara Rusiyanın Volqaboyu əyalətlərindən sürülən dili-dini yabançı əhali yerləşdirilmişdir.

1918-1921-ci illərdə Balxaş gölünün cənub hissəsində (ümumiyyətlə, Türküstan diyarında) kökənli xalqlara qarşı çar və bolşevik Rusiyasının törətdiyi soyqırım qətliamları XIX əsrin əvvəllərindən dövlət siyasətinin tərkib hissəsi olmuş, ilk növbədə tarixi minillərlər ərzində formalaşmış milli-mənəvi Təbəddülat-Mədəniyyət irsinin məhv edilməsi ilə yanaşı, təbii sərvətlərinin işğalına da yol açmışdır (Altay Dövlət və Şərqi Qazaxstan Dövlət universitetlərinin 2018-ci ildə birgə nəşr etdikləri “Çöl diyarında və Türküstanda (1918-1921-ci illərdə) vətəndaş müharibəsi....” monoqrafiyası: “Türküstan XX əsrin əvvəllərində....” əsəri, Daşkənd ş, 2000; Y.N.Qujvenko-Tsırlyapkina “Rus işi” uğrunda mübarizə: Türküstanda imperiya müstəmləkəsi”, 2022....).

Yeddiçayarası hövzəsinin Türk-Müsəlman xalqlarına qarşı rus ordu birləşmələrinin soyqırım qətliamları 1920-21-ci illərədək bütünlüklə Türküstan diyarında imperiya və işğal siyasətinin əsas tərkib hissəsi kimi həm də Türk xalqlarının parşalanması məqsədi güdüyündən quldur, silahllı dasnak dəstələrindən də istifadə edilmişdir (A.Ş.Qədirbəyov “Türküstan: 1917-1921-ci illərdə erməni diasporası və Daşnakstyun”, “Şərq xəbərləri” jurnalı, 2-ci sayı, 2013).

Kokand şəhər Tarix və Ölkəşünaslıq muzeyinin məlumatlarına əsasən 1917-ci il, 18-19 noyabr günlərində, 18-23 fevral 1918-ci il tarixdə bu şəhər əsl qətliam/soyqırım məkanına çevrilmiş, rus-daşnak birləşmələri 10 min nəfərdən çox əhalini amansızlıqla öldürmüş, şəhər bütünlüklə qarət edilmiş, yağmalanaraq dəmiryolu vasitəsi ilə daşınmışdır. Türküstan hərbi dairəsi qüvvələrinin komissarı Y.L.Perfilyevin (1890-1938) başçılıq etdiyi ordunun tərkibində olan hay-daşnak dəstələri xüsusilə fəallıq göstərdiklərini, bu soyqırım faciələrində bilavasitə iştirak etmələrini, dinc əhaliyə qarşı törətdikləri vəhşilijkləri guya “cihada qalxan Türk-Müsəlman əhalisindən özlərinni müdafə olunmaları” bəhanəsi ilə ört-basdır etməyə çalışmışlar (A.Vaynşteyn, “Yeni Türküstan” jurnalı, 1918-ci il, 1, 13 və 19-cu sayları; “Türküstan XX əsrin əvvəllərində....” toplusu, Daşkənd ş., 2000).

Türküstan diyarının 1916-1920-ci illər soyqırımından qurtulan Türk-Müsəlman xalqlarının xeyli hissəsi Şərqi Türküstana-Uyğur dövləti hüdudlarına sığınsalar da, faciə-fəlakət və soyqırım qətllərinə də tuş gəlmişlər. Uyğurstanda Qazax, Qırğız, Özbək, Uyğur....xalqlarının soyqırımı XX əsrin qanlı səhifələrində yad edilməkdədir.

Bu barədə növbəti yazılarda...

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ