ABŞ və Ukrayna nümayəndə heyətləri Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün Berlində bir araya gəlib. Bildirilir ki, Almaniyada keçirilən danışıqları zamanı Tramp administrasiyası Kiyevdən Donetsk bölgəsini Rusiyaya verməsini istəyib.
Görüşdə prezident Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti və Trampın kürəkəni Cared Kuşner iştirak edib.
Adı çəkilməyən rəsmilər bildiriblər ki, danışıqları zamanı ABŞ tərəfi Ukraynanın Rusiya ilə sülh üçün Donetsk bölgəsindən qoşunlarını çıxarmağa razılıq verməsini istəyib.
Gərgin keçən görüşdə Ukrayna tərəfinin əlavə danışıqlar tələb etdiyini deyən rəsmilər, ərazi mübadiləsi məsələsində razılığa gəlmək üçün hələ də aradan qaldırılmalı ciddi maneələrin olduğunu bildiriblər. Rəsmilər həmçinin bildiriblər ki, razılaşmaya əsasən, Ukrayna NATO-nun 5-ci maddəsində nəzərdə tutulanlara bənzər təhlükəsizlik zəmanətləri alacaq, lakin bu zəmanətlər sonsuza qədər qeyri qüvvədə olmayacaq. Rusiyanın Ukraynanın Avropa Birliyinə qoşulmasına açıq olduğunu qeyd edən rəsmilər Trampın Rusiyanın qərbə doğru daha da genişlənməsinin qarşısını almaq istədiyini bildiriblər.
Müharibəyə son qoymaq üçün sülh planı üzərində işləməyə davam etdiklərini bildirən Zelenski isə, ölkəsinin ərazi bütövlüyü ilə bağlı ABŞ tərəfi ilə fikir ayrılığı yaşadıqlarını bildirib. O, qeyd edib ki, planla bağlı ən vacib məsələlərdən biri Ukraynanın ərazi bütövlüyü məsələsidir. ABŞ nümayəndə heyəti ilə bu məsələni müzakirə etdiklərini vurğulayan Zelenski deyib: "… Xüsusilə ərazi məsələsi ilə bağlı çətin məsələlər var. Bunu hamı gündəmə gətirir. Bu cür məsələlərin tamamilə ədalətli şəkildə həll olunmasını təmin etmək üçün hamımızın birlikdə çalışması vacibdir".
Ukrayna prezidenti ABŞ-ın bu danışıqlarda Ukraynadan heç bir ərazi tələb etmədiyini və bunun Rusiyanın tələbi olduğunu deyib. O, bildirib ki, ABŞ ərazi bütövlüyü məsələsində Ukrayna tərəfini başa düşməlidir.
TAHİR