Ukrayna müharibədə ilk dəfə Rusiyanın sualtı qayığını vurub. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayığına Novorossiysk limanında hücum edildiyini açıqlayıb.
SBU "Layihə 636.3" tipli sualtı qayığın pilotsuz sualtı aparatlarla vurulduğunu bildirib. "Varşavyanka" sinfi kimi də tanınan sualtı qayığın "ciddi zədələndiyi və istifadəyə yararsız vəziyyətə düşdüyü" iddia edilir.
SBU pilotsuz sualtı aparatlardan istifadə etməklə belə bir hücumun ilk dəfə həyata keçirildiyini qeyd edib: "Sualtı gəmi düşmənin Ukrayna ərazisinə hücum etmək üçün istifadə etdiyi dörd Kalibr tipli kruiz raket buraxılış qurğusu ilə təchiz olunub”.
“Varşavyanka” sinifli sualtı qayığın qiymətinin təxminən 400 milyon dollar olduğu bildirilir.
TAHİR