çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Gəncənin məşhur Daşdəmirovları - başçı ata elə idi, gömrükçü oğul belə oldu... Erməni söhbəti də var...

Image


Rasim və Rəşad Daşdəmirov - nəsildən-nəslə ötürülən taleyin hekayəsi…

Hər bir insanın həyatı özündə bir yolun izlərini, seçimlərin nəticələrini və zamanın ağırlığını, təhlükələrini daşıyır. Rasim Bayram oğlu Daşdəmirovun hekayəsi də belə bir yolun izidir. 1946-cı ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndində dünyaya gələn Rasim uzun illər Gəncənin Kəpəz və Nizami rayonlarında dövlət idarəçiliyində çalışdı. 1994-2000-ci illərdə isə şəhərin icra hakimiyyətinə rəhbərlik etdi. O, şəhərin “meri” kimi həm hegemon, həm ötkəm, həm də ictimai diqqətin mərkəzində dayanırdı. Həmin dövrdə də ondan kifayət qədər şikayətlər dövri mətbuata kütləvi axın edirdi. Onun adı, yalnız idarəçilik sahəsindəki yüksəlişi ilə deyil, həm də “Lissabonun sammit şəhəri” ifadəsi kimi ictimai yaddaşda qalacaq anılarla xatırlanır. Bu, həmin dövrdə Rasim Daşdəmirovun intellektual səviyyəsindən xəbər verən ən yaddaqalan ifadə oldu.

Eyni zamanda, həmin vaxt dövri mətbuat yazırdı ki, Razim Daşdəmirovun arvadı və anası erməni əsillidir. Mərhum akademik Nizami Süleymanov şəxsən bu iddialarla televiziyalarda çıxış edir, hətta onu "Razik Dəmirçıyan" adlandırırdı. Amma o vaxt Rasim Daşdəmirov bu iddiaların heç birinə rəsmi cavab vermədi, Nizami Süleymanova qarşı heç bir məhkəmə iddiası qaldırmadı. Bu isə cəmiyyətdə reallığın təsdiqi kimi qəbul edildi.

Rasim Daşdəmirovun həyat yolu özündə bir şəcərə və imkanların ağacını daşıyırdı, köklər "möhkəm", budaqlar yüksəlirdi. Amma həyat yalnız kök və budaqlardan ibarət deyil - küləklər, fırtınalar, illər də var. Bu ağacın budaqlarından biri də Rəşad Rasim oğlu Daşdəmirov oldu. 1978-ci ildə Gəncədə doğulan Rəşad atasının kölgəsində böyüdü, onun nüfuzunu və imkanlarını hiss edərək yaşadı. Bakı Dövlət Universitetində hüquq təhsili aldı, Daxili İşlər Nazirliyində çalışdı, polis polkovnik-leytenantı rütbəsinə yüksəldi və strateji əhəmiyyətli bir dövlət şirkətinin - Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru oldu. O, hər addımında atasının yolunu davam etdirir, hər addımda atasının qazandığı imkanlar və əlaqələr onu yeni karyera yüksəlişinə doğru irəlilədirdi.

Amma həyatın fırtınaları qaçılmazdır. 2025-ci ilin dekabrında Rəşadın həbs olunması, külli miqdarda qaçaqmalçılıq və vergidən yayınma ittihamları ilə üzləşməsi həmin yolun digər üzünü ortaya qoydu. Atasının yolu kimi, oğulun da yolu risqlər, qanuni sınaqlar və ictimai təzyiqlərlə dolu idi. Rasim bu risqlərdən yayınıb, təqaüdə çıxaraq sakit bir həyata qovuşa bilsə də, oğul qanun qarşısında sərt reallıqlarla üzləşdi.

Bu hekayədə açıq bir metafora vardır: Rasim kök, Rəşad budaq. Kökün bəxti gətirdi, özünü "qoruya bildi", amma budağın ucu küləyə qarşı həssasdır. Nüfuz və imkanlar nəsildən-nəslə ötürülür, amma taleyin fırtınaları və qanun qarşısında məsuliyyət hər zaman budağın ucuna toxunur.

Rəşad və Rasim Daşdəmirovun hekayəsi yalnız bir ailənin karyera yolu deyil - bu, Azərbaycan dövlət idarəçiliyində nəsildən-nəslə ötürülən nüfuz, imkan və məsuliyyət modelinin canlı nümunəsidir. Atanın seçimi və irsi oğul üçün həm fürsət, həm də sınaq olmuşdur. Rasim və Rəşadın yolları göstərir ki, eyni yolun fərqli gedişatı ola bilər, fərqli nəticələr doğura bilər. Birinin bəxti gətirir, "sudan quru çıxa" bilir, digəri isə yox. Nə qədər nüfuzlu olsan da, taleyin və qanunun sərt sınaqları qarşısında əyilmək risqi hər zaman vardır.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı - ölkənin iqtisadi qapılarından biri sayılan bu strateji məkanda baş verənlər indi cəmiyyət üçün sarsıdıcı suallar doğurur. Limanın rəisi vəzifəsini daşıyan Rasim Daşdəmirovun oğlu Rəşad Daşdəmirovun saxlanılması təkcə bir məmurun həbsi deyil, idarəçilik sistemindəki dərin çatların növbəti təzahürü kimi gündəmi silkələyib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan R.Daşdəmirov barəsində Binəqədi Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçməsi ittihamların miqyasını və ağırlığını açıq şəkildə ortaya qoyur. Ona qarşı irəli sürülən iddialar - külli miqdarda qaçaqmalçılıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə - sadəcə hüquqi terminlər deyil, dövlətə və cəmiyyətə vurulduğu iddia olunan zərbənin ölçüsünü göstərən ağır ifadələrdir.

İttihamlara görə, bu proseslər təsadüfi yox, sistemli və təkrar xarakter daşıyıb. Cinayət Məcəlləsinin 206.4, 213-1.2.2, 213-1.2.3 və 308.2-ci maddələri ilə açılan cinayət işi məhkəmədə təsdiqini taparsa, liman kimi strateji bir obyektin qanunsuz dövriyyələrin, kölgə iqtisadiyyatının və korrupsiya mexanizmlərinin mərkəzinə çevrilməsi iddialarını gündəmə gətirir.

Cəmiyyət haqlı olaraq soruşur: necə olur ki, dövlətin ticarət və nəzarət qapısında dayanmalı olan şəxs barəsində qaçaqmalçılıq və vergidən yayınmalar kimi ağır ittihamlar irəli sürülür?

Bu yalnız bir nəfərin məsuliyyətidirmi, yoxsa onu bu kresloda qoruyan, görməzdən gələn daha geniş bir sistem var?

Bu hadisə bir daha göstərir ki, vəzifə kreslosu toxunulmazlıq qalxanı deyil. Əgər qanun hamı üçün eynidirsə, ad, soyad və postdan asılı olmayaraq cavab vermək labüddür. İndi cəmiyyətin gözləri istintaq və məhkəmə prosesindədir - ədalətin doğrudan da limanlardan, sərhədlərdən və kabinetlərdən maneəsiz keçib-keçməyəcəyini görmək üçün...

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ