Ukrayna Rusiyanın enerji infrastrukturuna hücumlarını Xəzər dənizinə qədər genişləndirib. “Reuters” agentliyinə danışan təhlükəsizlik mənbələrinin məlumatına görə, Kiyev Xəzər dənizindəki Rusiya neft obyektlərini bir həftə ərzində üçüncü dəfə uzaqmənzilli dronlarla hədəfə alıb. Son hücumdan sonra Korçagin neft platformasında istehsal tamamilə dayanıb.
Son hücumda əvvəllər də hücumlara məruz qalan Korçagin neft platforması vurulub. Platformadakı əsas avadanlıqların ciddi zədələndiyi və tam sıradan çıxdığı bildirilib. Hücumdan sonra platformada hasilat tamamilə dayanıb.
Xəzər dənizindəki buplatforma Rusiyanın neft hasilatında strateji əhəmiyyətli nöqtələrdən biri hesab edilir. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Filanovski və Korçagin platformaları Rusiyanın müharibəni maliyyələşdirməsində əsas mənbələrdən biridir.
Bu hücumlarla Ukrayna birbaşa Rusiyanın enerji istehsalı və gəlir xətlərini hədəf alır. Kiyev hökuməti Rusiyanın neft və qaz obyektlərinə dron hücumlarını artırmaqla Moskvaya iqtisadi təzyiqi artırıb.
TAHİR