Rusiyanın Moskva vilayətinin Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsində şagird bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var. Hadisə Uspenskaya orta məktəbində baş verib.
İlkin məlumata görə, hadisə zamanı bir uşaq ölüb, azı iki nəfər yaralanıb.
Hadisədən sonra şagirdlər və işçilər binadan təxliyə ediliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlı qüvvələr hadisə yerinə gəlib.
Hücumu törədən yeniyetmə əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, məktəbin 9-cu sinif şagirdidir.
Hadisənin səbəbləri və motivləri müəyyən edilir, rəsmi orqanlar araşdırmaları davam etdirir.
Qeyd edək ki, hadisəni törədən 15 yaşlı yeniyetmənin geyiminin üstündə “No Lives Matte” (Heç bir həyat əhəmiyyətli deyil) yazısı təsvir olunub. “Baza” Telegram kanalının məlumatına görə, zorakılığı, terrorizmi və bəşəriyyətin məhv edilməsini müdafiə edən “No Lives Matter” adlı təşkilat mövcuddur.
ZÜMRÜD