çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Deputat Əli Abbasovun mandatı niyə ləğv olundu? - Seçicilər onun barəsində nə yazıblar?..

Image


İlqar Hüseynli: “Onun mandatının ləğv edilməsinin daha ciddi səbəbləri var və onu ya açıqlamırlar...”

Son günlərin müzakirə olunan mövzularından biri Naxçıvan Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Əli Abbasovun mandatının ləğv olunması ilə bağlıdır. Rəsmi məlumata görə, Mərkəzi Seçki Komissiyası tərəfindən 11 dekabr 2025-ci il tarixdə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Qeyd edilir ki, onun barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Yayılan rəsmi açıqlamada qeyd olunur ki, Ə.Abbasova qarşı vətəndaş müraciətləri əsasında müvafiq addım atılıb. Lakin məsələnin təfərrüatı tam aydın deyil. Ə.Abbasovun deputatlıq mandatının ləğv edilməsinin səbəbinin qeyri-müəyyən olması cəmiyyət arasında çox ciddi söz-söhbətlərin yaranmasına gətirib çıxarıb. Onun deputat səlahiyyətlərindən, mandatdan məhrum edilməsinin belə qeyri-müəyyən şəkildə təqdim olunmasına ekspertlər də birmənalı yanaşmır. Bəziləri hesab edir ki, Ə.Abbasovun hansı hərəkəti etdiyi rəsmi qurumlar tərəfindən tam açıqlanmalıdır. Ən azından, ona səs verib deputat seçənlər onunla bağlı dəqiq məlumat gözləyirlər. Yəni həqiqətdə nə baş verib, ona qarşı niyə belə addım atılıb? Yaxud Ə.Abbasov özü kimə qarşı hansı hərəkəti edib ki, bu vəziyyətlə üzləşib?

Rəsmən yazırlar ki, Ə.Abbasov barədə seçicilərdən çoxsaylı məlumatlar daxil olub və bu səbəbdən mandatı ləğv olunub. Bu adam camaata qarşı nə edib, hansı mənfi addımı atıb? Deputat kimi passiv və fəaliyyətsizmi olub? Bütün bunlara aydınlıq gətirən yoxdur. Yeni suallar doğur. Ona qarşı atılan bu addımın nə dərəcədə doğru olduğunu müəyyən etmək istəyirlər bu qeyri-müəyyənliyin içində.

Ümumiyyətlə, Ə.Abbasovun bioqrafiyası, təhsili, deputat seçilməzdən əvvəl hansı sahədə işləməsi kimi məsələlər də müəyyən maraq doğurur.

2024-cü il sentyabrın 26-da Yeni Azərbaycan Partiyasından Ali Məclisə deputat seçilən Ə.Abbasov barədə elə də geniş məlumat yoxdur. Bioqrafiyası barədə qısa məlumat əldə edə bildik. Əli Feyzulla oğlu Abbasov 1989-cu ildə İliç (İndiki Şərur) rayonu, Muğancıq Mehrab kəndində anadan olub. Naxçıvan Dövlət Universitetini Fizika ixtisası üzrə bitirib. Şərur rayon Yengicə kənd məktəbində direktor işləyib, eyni məktəbdə müəllim, metodist, Şərur rayon Kosacan kənd tam orta məktəbində direktor əvəzi, Şərur rayon Fizika-riyaziyyat təmayüllü liseyin direktoru olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Əli Abbasov bir müddət əvvəl mətbuatın gündəmində xadiməni məhkəməyə verməsi ilə yer tutub. Belə ki, o, rayon sakini - xadimə işləyən Simuzər Yusifovanın ona böhtan atdığını iddia edərək onunla bağlı Şərur rayon Məhkəməsinə müraciət etmişdi. Ə.Abbasov Simuzər Yusifovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb etmişdi.

Ərizədə qeyd olunurdu ki, Simuzər Yusifova deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.

Deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.

Bunlar Ə.Abbasov barədə yazılanlardır. Bəzi ekspertlərə görə, onun deputatlıq mandatının ləğv olunmasında bu amillər də rol oynaya bilər.

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə parlamentar qaydalarda intizam komissiyası fəaliyyət göstərir, onlar müəyyən dönəmlərdə hansısa bir deputat haqqında müxtəlif məzmunlu qərarlar qəbul etmək səlahiyyətinə də malikdirlər. “Son illər biz parlamentin iki deputatının intizam komissiyasının qərarına əsasən deputat mandatından məhrum edilməsini görmüşük. Biri Hüseyn Abullayevdir ki, o vaxt parlamentdə onunla Fəzail Ağamalı arasında insdent yaranmışdı və bu, ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Orada kimin haqlı, kimin haqız olduğu başqa məsələdir. Eyni zamanda, Xaçmazdan deputat seçilən Eldəniz Səlimov mandatdan məhrum edildi. Bu da, səhv etmirəmsə, Xaçmazda restoranda yaşanan insidentlə bağlı idi. Deputatlıq məzmununa, statusuna yaraşmayan hərəkətlərə yol verdiklərinə görə hər ikisinin manadatı ləğv olundu və barələrində həbs qətimkan tədbiri seçildi. O vaxt deputatlar barədə intizam komissiyasının çıxardığı qərarla bağlı formal da olsa ictimaiyyətdə məlumat vardı ki, konkret nəyə görə mandatları ləğv edilib.

Naxçıvan Muxtar Respublikasında baş verən deputatın mandatının ləğv olunması olayında ümumi məzmun olaraq göstərilir ki, onunla bağlı məlumatlar daxil olub. Bu məlumatlar nə barədədir, nə dərəcədə ciddi məlumatlardır? Deputatın passivliyi, fəaliyyətsizliyi ilə bağlı məsələ varsa, onda vətəndaşlar yalnız deputatın geri çağırılması ilə bağlı imzatoplama kampaniyası aparır və imzatoplamadan sonra onu müvafiq komissiyaya təqdim etməklə deputat mandatını ləğv edə bilir. Yəni sırf məsələnin mahiyyəti budursa ki, deputat passivdir, fəaliyyətsizdir, məsələyə bu kontekstdən yanaşsaq, Milli Məclisdə 25 ildir danışmayan deputatlar oturublar, elələri var ki, heç onları tanıyan yoxdur. Bu məntiqlə hər biri haqqında üç-dörd nəfər yazarsa ki, filan deputat passivdir, çıxış etmir, danışmır, onda biz ucdantutma mandatlarını ləğv etmək zorunda qalarıq.

Bu da bir presedent yaratdı. İndiyə qədər eşitməmişdim ki, deputatın passivliyinə görə İntizam komissiyası belə bir qərar qəbul etsin, deputatın mandatını ləğv etsin. Görünür, onun mandatının ləğv edilməsinin daha ciddi səbəbləri var və onu ya açıqlamırlar, ya da açıqlamağa lüzum görmürlər”.

İ.Hüseynlinin fikrincə, Milli Məcisin və Ali Məclisin üzvləri vətəndaşlar tərəfindən seçildiyi üçün onların mandatları ləğv olunursa, bu olduqca ciddi səbəblərə görə baş verməlidir: “Bunun üçün çox ciddi səbəblər olmalıdır. Çox yaxşı olar, ortaya daha dərin detallar, arqumentlər qoyulsun ki, insanlarda suallar yaradan qeyri-müəyyənlik aradan qalxsın. Tutalım, korrupsiya faktoru varsa o qeyd olunsun. Bu gün Milli Məclisdə elə deputatlar var ki, onların korrupsiya, ailə biznesi qurması, biznes şəbəkəsi yaratması və sairdə adının hallanması ilə bağlı kifayət qədər tutarlı məsələlər qaldırılır. Amma buna heç əhəmiyyət verən yoxdur. Halbuki, qanunla deputatlara biznes fəaliyyəti yasaqdır.

Naxçıvandakı hadisə ilə bağlı suala birmənalı cavab vermək çətindir. Onun mandatı doğrudan da çox əsaslı və tutarlı faktlar əsasındamı ləğv olunub? Yaxşı olardı ki, Ali Məclisin İntizam Komissiyası bu məsələ ilə bağlı ictimaiyyətə detallı, dolğun məlumat versin...”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ