çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

"Ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi əsasdır" - Vüqar Rəhimzadə

Image


Azərbaycan dayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeli ilə daim dünyanın diqqətindədir. Ölkəmizin dünya ictimaiyyətinin diqqət mərkəzində olmasının əsas səbəbi odur ki, hər dövrün çağırışları yüksək səviyyədə yerinə yetirilir, islahatlar davamlı xarakter alır. Prezident İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.

Prezident İlham Əliyev 2003-cü ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına çağırış etdi və “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəyə hədəflənən regional inkişaf Proqramını təsdiqlədi. Tarixi Zəfərimizədək regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı qəbul edildi və uğurla icra olundu. Həmin sənədlərdə hər bir bölgənin malik olduğu təbii resurslar və onlardan səmərəli istifadənin icra mexanizmləri öz əksini tapdı. Təbii ki, infrastruktur layihələrinin icrası əsas prioritetlər sırasında idi. Məqsəd bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün zəruri olan işlərin görülməsi, iş adamlarına hərtərəfli diqqətin göstərilməsi idi. Prezident İlham Əliyev hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi ilk günlərdə hədəfləri açıqlayarkən güclü sahibkarlar sinfinin yaradılacağını xüsusi qeyd etmişdi. Bu gün artıq bu hədəfin reallığa çevrildiyini, sahibkarlara dövlətin diqqət və qayğısının davamlı olduğunu, Azərbaycanın biznes imkanlarının gündən-günə artdığını əminliklə qeyd edirik.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin bu günlərdə imzaladığı “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam da bunun bariz nümunəsidir. Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə təsdiqlənən bu Konsepsiya gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Sahibkarlıq sahəsində aparılan islahatlar yeni iqtisadi sahələrin inkişaf etdirilməsinə, daha çevik ixrac mexanizmlərinin formalaşdırılmasına, “Made in Azerbaijan” brendinin beynəlxalq ticarət platformalarında təşviqinə dəstək mexanizminin qurulmasına və sair kimi məqsədlərə nail olmağa şərait yaradıb. “Etibarlı Tərəfdaş Konsepsiyası”nda qeyd edildiyi kimi, digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da gömrük xidmətlərinin modernləşdirilməsinə xidmət edən etibarlı tərəfdaşlıq modelinin tətbiqi ölkəmizin iqtisadi inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Bu baxımdan bu sahədə sistemli yanaşmanı özündə ehtiva edən milli konsepsiyanın hazırlanması zərurəti yarandı.

Vüqar Rəhimzadə vurğulayıb ki, iqtisadiyyatı düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən əsas amillər sırasındadır. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi xüsusi önəm Ulu Öndərin bugünümüzə hesablanmış mühüm addımları sırasındadır. Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji layihələrini reallığa çevirməklə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Regional çərçivədə qurulan əlaqələrin coğrafiyası faha da genişlənir, dövrün çağırışlarına uyğun olaraq yeni əməkdaşlıq formatları yaradılır. Hazırkı dövrün əsas çağırışlarından biri, təbii ki, yaşıl enerjiyə keçiddir. Azərbaycan bu sahədə də zəngin potensiala malikdir. Ötən il planetimizə səs salan, dünyanı Bakıya toplayan COP29 tədbiri Azərbaycanın beynəlxalq təqdimatı oldu. Ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanması, beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirməsi həm iqlim konfransının uğurlu nəticələrində, həm də istər bu mötəbər tədbir çərçivəsində, istərsə də ondan sonra imzalanan sənədlərdə özünün aydın ifadəsini tapdı. Azərbaycan bir daha çoxtərəfliliyin tərəfdarı olduğunu dünyaya nümayiş etdirdi.

Milli Məclisin deputatı bildirib ki, dayanıqlı iqtisadi inkişafın əsas göstəricilərindən biri işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləridir. Son beş ildə görülən işlərin miqyasının ölçüyəgəlməzliyi 6 şəhərin, 2 qəsəbənin və 20-dən artıq kəndin sakinlərinə qovuşmasında əksini tapıb. Azərbaycanın dünya hərb tarixində ilkə imza ataraq müharibədən dərhal sonra azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlaması beynəlxalq səviyyədə təqdir edilir. Bu ərazilərdə də əsas diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin uğurlu icrasıdır. Yeni avtomobil, dəmir yolları çəkilib, beynəlxalq hava limanları tikilib istifadəyə verilib. Qısa zamanda bu ərazilərdə üç Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın iqtisadi imkanlarının, tarixi sahibinə qovuşan Qarabağ və Şərqi Zəngəzurun coğrafi mövqeyinin böyük əhəmiyyət daşıdığının, eyni zamanda, bu torpaqlarda dayanıqlı inkişafın təmin edilməsinə geniş imkanlar yaradacaq böyük iqtisadi potensialın mövcudluğunun nümayişidir. Prezident İlham Əliyevin ötən il yeni dövrün mühüm hadisələri sırasında xüsusi yer tutan 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.

Vüqar Rəhimzadə qeyd edib ki, davamlı islahatlar, şəffaflığın təmin edilməsi, idarəçilikdə səmərəliliyin artırılması və sair kimi amillər Azərbaycanın daim inkişaf modelinə yeniliklər gətirir, təkmilləşməni bir zərurətə çevirir. Bugünədək əhalinin rifah halının yüksəlməsinə xidmət edən beş sosial paketin icrası də ölkəmizin dayanıqlı inkişafının təqdimatında əhəmiyyətli rol oynayır. Gələn ilin dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi özündə mühüm məqamları ehtiva edir. Əsas hədəf vətəndaş məmnunluğunun daha da artırılması, insanların yüksək rifahının təmin edilməsidir. Özünüməşğulluq proqramının uğurlu icrası da bu məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə diqqət yetirsək indi və gələcəkdə bu ərazilərdə yaşayacaq soydaşlarımızın məşğulluğunun təmin edilməsinin əsas prioritetlər sırasında olduğunu görərik.

Vüqar Rəhimzadə sonda vurğulayıb ki, “Etibarlı Tərəfdaş Konsepsiyası” adından da göründüyü kimi, Azərbaycanın regionda və dünyada möhkəmlənən iqtisadi və siyasi mövqeyinə yeni əlavələr gətirəcək. Bir sözlə, atılan addımlar, imzalanan sənədlər bir daha təsdiqləyir ki, ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, qlobal tədarük zəncirlərində dayanıqlığın artırılması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi əsasdır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ