çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Putin Azərbaycan diasporunun başına öz adamını gətirə bilsə...

Image


Tez-tez ictimai müzakirələrdə Rusiyanın özünə yaxın bir şəxsi Azərbaycan diasporunun rəhbərliyinə gətirmək istədiyi barədə iddialar səslənir. Bu məsələ emosional yox, soyuqqanlı və əsaslı təhlil olunduqda daha aydın görünür. Diaspor qurumları birbaşa siyasi hakimiyyət mexanizmi olmasa da, dövlətlər üçün mühüm yumşaq güc alətidir və məhz bu xüsusiyyət onları geosiyasi təsir obyektinə çevirir.

Əgər Rusiya Azərbaycan diasporunun başına özünə loyal bir fiqur gətirə bilsə, bununla Azərbaycanı birbaşa idarə etmək imkanına sahib ola bilməz. Lakin bu, Azərbaycan haqqında beynəlxalq mühitdə formalaşan təsəvvürlərə təsir göstərmək, diasporun potensialını zəiflətmək və milli mövqeləri neytrallaşdırmaq baxımından effektiv vasitəyə çevrilə bilər. Belə bir rəhbərlik diaspor adından Rusiyaya sərfəli mövqeləri səsləndirə, Qarabağ, Zəngəzur, regionda təhlükəsizlik, Qərblə münasibətlər kimi mövzularda rəsmi Bakının xəttindən fərqli açıqlamalar verə bilər. Bu, həm Rusiyanın öz mediasında “Azərbaycan diasporu belə düşünür” görüntüsü yaratmasına, həm də Azərbaycan cəmiyyətində çaşqınlıq və parçalanma formalaşdırmasına xidmət edər.

Digər risq diasporun daxildən zəiflədilməsidir. Milli mövqeli, fəal şəxslərin kənarlaşdırılması, diasporun siyasi və ictimai təsirdən uzaqlaşdırılaraq sırf folklor, mətbəx və bayram tədbirləri ilə məhdudlaşan sosial kluba çevrilməsi bu strategiyanın əsas elementlərindəndir. Gərgin dövrlərdə, müharibə, beynəlxalq təzyiq və ya sanksiyalar fonunda diasporun susdurulması Rusiyanın əlində əlavə üstünlük yaradar. Bununla paralel olaraq Rusiyada yaşayan azərbaycanlıların biznes, miqrasiya və hüquqi statusundan təzyiq aləti kimi istifadə olunması diaspor daxilində qorxu mühiti formalaşdıra bilər. Mesaj adətən açıq deyil, dolayı olur: loyal davranış problemsiz həyat deməkdir.

Daha uzunmüddətli perspektivdə Moskva ilə koordinasiya olunan alternativ diaspor mərkəzinin formalaşdırılması mümkündür. Bu mərkəz rəsmi Bakı ilə deyil, Rusiya strukturları ilə əlaqəli işləyər və gələcəkdə Azərbaycan daxilinə təsir kanalı kimi istifadə oluna bilər.

Beləliklə, diaspor tədricən milli maraqları ifadə edən subyektdən xarici siyasət alətinə çevrilmiş obyektə transformasiya olunar.

Bu model Rusiyanın digər xalqların diasporları ilə işlədiyi təcrübədə dəfələrlə müşahidə edilib. Gürcü diasporu 2008-ci ildən sonra, Ukrayna diasporunun Rusiyadakı “rəsmi” qanadı 2014-dən sonra, həmçinin tatar və başqırd diaspor strukturları bu mexanizmin müxtəlif elementlərini yaşayıb. Ümumi xətt adətən eynidir: “bir mərkəz” prinsipi yaradılır, alternativ strukturlar marginallaşdırılır, rəhbərlik təhlükəsizlik baxımından asılı şəxslərdən seçilir, siyasi mövzular kənarlaşdırılır və diaspor adından Kremlin xətti yayılır. Açıq repressiya nadir hallarda tətbiq olunur, əvəzində vergi yoxlamaları, miqrasiya problemləri və polis “profilaktikası” ilə səssiz itaət təmin edilir. Müstəqil qruplar yarandıqda isə intriqalar, maddi təkliflər və “radikal” damğası ilə parçalanma yaradılır.

Bu modelin Azərbaycana tətbiq oluna bilməsinin səbəbləri də kifayət qədər realdır. Rusiyada azərbaycanlıların sayı çoxdur, biznes və miqrasiya asılılığı yüksəkdir, diaspor strukturları isə hələ tam institusionallaşmayıb. Bununla belə, Rusiya bu mexanizmi Polşa, Almaniya və ABŞ kimi ölkələrdə tətbiq edə bilmir. Bu da göstərir ki, məsələ Rusiyanın gücündən çox, mühitin dayanıqlılığı və diasporun təşkilatlanma səviyyəsi ilə bağlıdır.

Azərbaycan diasporunun bu cür gedişata qarşı əsas silahı özünümüdafiə refleksidir. Şəffaflıq və legitimlik tələbi burada açar rolu oynayır. Diaspor rəhbərliyinin necə formalaşdığı, kim tərəfindən maliyyələşdirildiyi və kimə hesabat verdiyi açıq olmalıdır. Təyinatla yox, seçki yolu ilə formalaşan rəhbərlik prinsipi qorunmalıdır. Bir mərkəzin ələ keçirilməsi diasporun sonu demək deyil. Gənclərdən ibarət şəbəkələr, peşəkar birliklər, müstəqil media və sosial platformalar alternativ təsir kanalları yarada bilər. Rusiya məhz nəzarət edə bilmədiyi bu cür şəbəkələrdən çəkinir.

Diasporun yalnız Moskva üzərindən deyil, birbaşa Azərbaycan dövləti və ictimaiyyəti ilə əlaqədə olması, faktları rəsmi qurumlara, deputatlara və mediaya çatdırması da vacibdir. Rusiya yönlü və ya manipulyativ bəyanatların faktlarla açıq şəkildə ifşa olunması avtoritar idarəetmə modellərinin sevmədiyi ictimai müzakirə mühitini yaradır. Eyni zamanda diaspor üçün qırmızı xətlər müəyyən edilməlidir: Qarabağ məsələsi, Azərbaycanın suverenliyi və xarici dövlətlərin daxili işlərə müdaxiləsinin yolverilməzliyi. Bu xətləri keçən şəxslər diaspor adından danışmaq legitimliyini itirməlidir.

Nəticə etibarilə, Rusiya bu cür cəhdlər göstərə bilər və müəyyən hallarda göstərir. Lakin diaspor parçalanmamış, məlumatlı və təşkilatlanmış olduqda bu planlar tam işlək olmur. Ən böyük risq resurs çatışmazlığı yox, qorxu və laqeydlikdir. Diaspor gücü tək bir fiqurun əlində deyil, şəffaf, şəbəkə əsaslı və kollektiv legitimliyə söykənən strukturda formalaşır. Bu prinsiplər qorunduğu halda istənilən xarici təsir cəhdi neytrallaşdırıla bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ