çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Qarabağ şəhidlərinin yaxın qohumları da amnistiyaya düşəcək - misilsiz akt...

Image


Şəmsəddin Əliyev: “Şəhid ailələri üzvlərinin, ərazi bütövlüyümüz uğrunda döyüşmüş şəxslərin, habelə yaşı 60-ı adlamış məhkumların amnistiya...”

Azərbaycanda müstəqillik tarixinin ən böyük amnistiyası olacaq. Belə ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

“Dövlətin humanist siyasətinin növbəti təzahürüdür...”

“Bakı-Xəbər”ə açıqlamasında ölkə başçısı İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan Amnistiya aktının gözlənilən olduğunu deyən hüquqşünas Şəmsəddin Əliyev məlumat üçün bildirdi ki, 2024-cü ilin dekabr ayının 24-də Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili" elan etdi. Ş.Əliyev vurğuladı ki, Konstitusiyamızın 30 ili noyabrda tamam oldu, Konstitusiya ili ilə bağlı ölkənin hər yerində, mərkəzi icra hakimiyyəti orqanlarında tədbirlər keçirildi.

Ş.Əliyev vurğuladı ki, "Suverenlik ili" ilə bağlı da çoxlu tədbirlər keçirildi, bu ilin noyabrında böyük Zəfərimizin beşinci ili tamam oldu.

“Gözlənilən amnistiya aktı Azərbaycan dövlətinin həm cinayətkarlıqla mübarizə siyasətinin humanizm prinsiplərinə uyğun olaraq formalaşdırılması, həm də Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində təsbit olunmuş insan hüqüq və azadlıqlarının və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində atdığı demokratik və xeyirxah bir addımdır. Burada əsas prioritet insanların layiqli həyat səviyyəsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Bu Azərbaycan dövlətinin ali məqsədidir. Faktiki olaraq gözlənilən amnistiya aktı Azərbaycan dövlətinin ali məqsədinin canlı təzahürüdür.

Ümumiyyətlə, cinayət hüququ tarixinə baxanda amnistiya bir qayda olaraq parlament tərəfindən həyata keçirilir, tətbiq olunur. Amma əfv fərmanı ölkənin prezidenti tərəfindən verilir. Azərbaycan Respublikası 1991-ci ildən bəri, yəni dövlət müstəqilliyini bərpa edəndən sonra bugünə qədər mənbələrdə 12 aministiya aktının qəbul edilməsi qeyd olunur. Amma bəzi mənbələrdə də 13 amnistiya aktının elan olunması bildirilir. Ümumilikdə, bu 12, yaxud 13 amnistiya aktı nəticəsində təxminən 160 minə yaxın insan bu və digər formada azadlıqdan məhrumetmə cəzasından azad olunub, cəzaları yüngülləşib, azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

Tam səmimi deyim ki, bu, hüquqi baxımdan dövlət üçün çox risqli addımdır. İndi çox incə bir məsələyə toxunacağam. İnsanı sosial varlıq kimi cinayətə yuvarlayan əsas səbəb, şərait, faktorlar sosial amillərdir...”

20 min insanın aministiyaya düşməsinin müsbət hal olduğunu deyən Ş.Əliyev hesab edir ki, bu da dövlətin öz vətəndaşlarının cinayət əməllərini unutmasıdır. “Aministiya ilə dövlət öz vətəndaşının bütün günahlarını, suçunu unudur və onu bağışlayır. 20 min insana şamil olunması nəzərdə tutulan bu aministiya aktı həm də hüquq-mühafizə orqanları üçün təhlükəsizliyin təmin olunması fənəri kimi də yanmalıdır. Çünki azadlığa çıxanların bəzilərinin yeri bəlli olmayacaq, bəziləri işsiz qalacaq və sair, ehtiyac bunları öz qəlibindən çıxmağa vadar edəcək. Düşünürəm ki, bunların bütün davranışları nəzarətdə saxlanılmalıdır və saxlanılacaq ki, bunlar təkrar olaraq cəmiyyətə qarşı hər hansı bir addım atmasın. Aministiya və əfv təqvimdə çox əlamətdar olan günlərdə qəbul edilir”.

İndiyə qədər təxminən 70-ə yaxın əfvin olduğunu deyən Ş.Əliyev qeyd etdi ki, burada da 10 minə yaxın insan prezidentin sərəncamı ilə azadlığa çıxıb.

Ş.Əliyev hesab edir ki, bütün bunlar dövlətin humanist, vətəndaşyönümlü siyasət yürütməsinin təzahürüdür.

20 min nəfəri əhatə edəcək amnistiya aktına gəlincə, Ş.Əliyev bildirdi ki, bu, Konstitusiyamızın 30, böyük Zəfərimizin 5 illiyinə həsr olunduğu üçün daha da əlamətdardır. “Azərbaycan Respublikasının humanizm prinsiplərinə istinad edərək atılan addım nümunəvi bir addımdır. Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi və onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində gerçəkləşdirilən bir hadisədir.

Burada daha çox diqqət çəkən məqamlar ondan ibarətdir ki, şəhid ailəsi üzvləri, yaşı 60-ı ötmüş şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlər, müharibə verteranları, əlil olmuş şəxslər bu amnistiya aktına düşəcək. Vətən uğrunda canını fəda etmiş şəhidlərin yaxınlarının, sağlamlığını itirmiş şəxslərin amnistiyaya düşməsi çox əlamətdar haldır. Amnistiyaya şəhidlərin ataları, qardaşları, çox yaxın qohumları düşə bilər, bu da müsbət haldır. Burada yaşı 60-dan yuxarı məhkumların böyük hissəsinin amnistiyaya düşməsi məsələsi də yüksək qiymətləndirilməlidir. Əlbəttə, bir neçə məsələnin, o cümlədən də şəhid ailələri üzvlərinin, ərazi bütövlüyümüz uğrunda döyüşmüş şəxslərin, habelə yaşı 60-ı adlamış məhkumların amnistiya edilməsi əsas prioritetdir. Bu da dövlətin humanist siyasətinin növbəti təzahürüdür ki, vətəndaşının bütün səhvlərini unudur və onu yenidən normal həyata qaytarır. 20 min insana şamil olunması nəzərdə tutulan amnitiya aktı müstəqillik tariximizin ən böyük amnistiya hadisəsii kimi tarixə düşəcək”-deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ