Avropa ölkələrini hədəf alan Rusiya Prezidenti Vladimir Putin gərginliyi daha da artıran açıqlamalar verib. Bəzi Avropa akorlarının Rusiyanın zəifləməsindən faydalanmaq üçün ABŞ-dakı Bayden administrasiyasının siyasəti ilə uyğunlaşdığını iddia edən Putin, Avropa liderlərinə qarşı təhqiramiz ifadələr işlədib.
Putin NATO daxilində güclü ölkələrin Ukraynanın arxasında dayandığını, Kiyevi silah, sursat və hərbi texnika ilə təmin etdiyini bildirib. O, NATO-nun dəstəyinin yalnız hərbi yardımla məhdudlaşmadığını, həm də kəşfiyyat məlumatlarını paylaşdığını və məsləhətçilər göndərdiyini iddia edib.
Putin bildirib ki, Qərb ölkələri ilə diplomatik səylər uğursuz olarsa, Rusiya Ukraynaya hücumlarını davam etdirəcək. O, təhlükəsizlik məqsədləri üçün silahsızlaşdırılmış zonaların genişləndiriləcəyini və bu prosesin qətiyyətlə davam etdiriləcəyini bildirib: "Qərb dialoqdan imtina edərsə, tarixi ərazilərimizi hərbi yolla geri alacağıq."
O, həmçinin Avropa ictimai rəyinə "Rusiya ilə böyük müharibə" mesajlarını da sərt şəkildə tənqid edib və bu iddiaları açıq şəkildə rədd edib: “Mən bunu dəfələrlə demişəm. Bu, yalandır, cəfəngiyatdır. Avropa ölkələrinə qarşı hipotetik Rusiya təhdidi uydurulur. Onlar bunu qəsdən edirlər. Rusiya həm ABŞ, həm də Avropa ilə bərabər səviyyədə əməkdaşlıq qurmağın tərəfdarıdır, lakin ordu suverenlik və təhlükəsizliyin qarantı olaraq qalacaq”.
Avropadakı bəzi aktorların və liderlərin Rusiyanın zəifləməsindən faydalanmaq ümidi ilə ABŞ-dakı Bayden administrasiyasının siyasətində iştirak etdiyini söyləyən Putin, Avropa ölkələrini sərt ifadələrlə təhqir edib: “Kiçik Avropa donuzları ölkəmizin dağılmasından faydalanmaq ümidi ilə Bayden administrasiyasının işlərində iştirak ediblər”.
Putin iddia edib ki, bu ölkələr keçmişdə itirdiklərini geri qaytarmağa çalışırlar. O, bildirib ki, Avropadakı bəzi dairələr qisas hissi ilə hərəkət edirlər.
TAHİR