çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Borçalışünaslığa dəyərli töhfə...

Image


Əvvəla, “Borçalının Kosalı eli” kitabının müəllifi dostum, eloğlum, filoloq-naşir, vətənpərvər insan Əhmәd Ziyәddin oğlu Əliyev haqqında bir neçə kəlmə demək istəyirəm. Mən Kooperasiya Universitetində saathesabı dərs deyərkən Əhməd müəllimlə tanış oldum. İstiqanlı, ünsiyyətli, Borçalısevər Əhməd müəllimlə sanki çoxdan tanış idik. O, mənim “Qarayazı” kitabımın iki cildini təmənnasız çap etdi. Hətta Moskvadakı qohumları vasitəsilə kitabların satışını da təşkil etdi. Məlum olduğu kimi, elsevərlik olmasa millətsevərlikdən söhbət gedə bilməz. Bu baxımdan Əhmәd Ziyәd­din­oğlu­nun elsevərliyi, vətənsevərliyi və mil­lət­sevərliyi vəhdət təşkil edir: “Mәnim әn bö­yük amalım, arzum Borçalını aranlı-dağlı va­hid, Azәrbaycanı isә Tәbrizli-Qarabağlı-İrәvan­lı-Dәrbәndli bütöv, qüdrәtli bir dövlәt kimi görmәkdir.

“Dörd yerә bölünmüş Azәrbaycanım,

Yanan sәn deyilsәn, canımdı, canım!”

Bu gün dә elim-obamla çox sәmimi qohumluq münasibәtlәrim var, hәr zaman gediş-gәlişim olub”. Bəli, Borçalıya qırılmaz tellərlə bağlanan Əhməd müəllimin Azərbaycanı bütöv qüdrətli görmək istəyi ilə döyünən böyük ürəyi vardır.

Ə.Əliyev 2001-ci ildәn Azәrbaycan Kooperasiya Unversitetinin nәşriyyat şöbәsinin müdiri vәzifәsindә çalışır. Azәrbaycan Kütlәvi İnformasiya Vasitәlәri İşçilәrinin Hәmkarlar İttifaqının “Qızıl qәlәm” mükafatı laureatıdır.O, bu kitabı yazmasa da Bopçalıya böyük xidmət göstərmişdir: “Mәnim üçün Ulu Borçalı, onun ağır ellәri, aşıq-ozan yaradıcılığı vә bir dә bu yerlәrin yetirdiyi tanınmış şәxsiyyәtlәri ilә yanaşı, ictimai-siyasi mühiti dә hәmişә önәmli olmuşdur.”

O, Aşıq Ziyәddin Borçalının, Böyük Muğanlı kәndindәn Qәrib Qәhraman oğlu Şabanovun, Vahid Ömәrlinin, şair İsmayıl İlmәzlinin, Lejbәddin kәndindәn şair Əziz Borçalının, II Kosalı kәndindәn Mövlud Əfәndinin, Qәrbi Azәrbaycanın Qarakilsә mahalından Aşıq Aydın Rzanın, şair Dәvriş Osman Əhmәdoğlu vә Suddarxan Kazımovun kitablarının redaktor-naşiri olaraq, hәm nәşrә hazırlamış, hәm dә çap etmişdir. Müəllif əzab-əziyyətlə ərsəyə gətirdiyi kitabın əsas məramını belə göstərmişdir:“Borçalının Kosalı eli” etnoqrafik toplu kitabında әsas mәqsә­dim bu qәdim türk obasını vә onun gәlib-getmiş övladlarını geniş oxucu kütlәsinә çatdırmaq olub. Kitabda Kosalının bir çox ağsaqqallarını, sәnәt adamlarını, müxtәlif peşә sahiblәrini tanıtmaqla yanaşı, hәm dә bu kәndin tarixi keçmişi, adәt-әnәnәsi haqqında vә şәcәrәlәrin mövcud olması barәdә mәlumat-bilgi almış olacaqlar. Artıq bu el-oba haqqında yazılan beşinci kitabdır. Amma mәnә elә gәlir ki, bu kitablardan sonra da nә vaxtsa yeni-yeni kitablar yazılacaqdır. Üstәlik, kitablardakı hәr bir yazı özünün maraq әhatәsinә görә diqqәti çәkir. İnanıram ki, doğma el-oba naminә çәkilmiş әzab-әziyyәtimizә biganә qalmayacaqlar, sabahımızı daha nurlu görmәk istәyәn hәr kәs tәrәfindәn qәdirşünaslıqla qarşılanacaq vә onların stolüstü kitabına çevrilәcәk.”

Əhmәd Ziyәddin oğlu Əliyevin 2025-ci ildə “Kooperasiya” nәşriyyatında hazırlanmış 512 sәhifəlik Borçalışünaslığa dəyərli töhfə olan “Borcalının Kosalı eli” (Etnoqrafik toplu) adlı möhtəşəm kitabının redaktoru fәlsәfә elmlәri doktoru Vahid Ömərli, ideya müәllifi vә sponsoru Mәhәmmәd Abdulla oğlu Hüseynov, rәssamı Yasәmәn Əhmәd qızı Əliyeva, tәrtibatçıları Hacı İsmayılov, Ufiq Əliyevdir.

Kitabın yazılma səbəbi haqqında Ə.Ziyyəddinoğlu deyir: “Sadәcә olaraq bir filoloq, bir müәllim, Vәtәn tәәssübü çәkәn bir vәtәndaş kimi, daxilimdәki doğma Vәtәn, yurd sevgisi, torpaq istәyi mәni bu işә sövq etdi, öz daxili hisslәrimin hökmü, eyni zamanda Mәhәmmәd Abdulla oğlu Hüseynovun tәklifi vә tәkidi ilә bu kitabı yazmağa başladım. Bu kitab bәzәn şirin xoş tәәssüratlı, bәzәn dә sızıntılı - göynәrtili olsa da, Vәtәnә çevrilmiş Borçalı-Kosalı eli haqqında yazılmış bir kitab olmasını istәdim.”

“Borçalının Kosalı eli” adlı kitab Ulu Borçalının qәdim kәndlәrindәn olan Kürustu Kosalıya hәsr olunub. Kәndin tarixi kecmişinә aid X-XX əsrlərin qaynaqlarındakı bilgilәrә nәzәr salınmış, kəndin tarixi yazılarkən Ərәb coğrafiyaçısı Əl-Bәlazurinin, XI yuzildә isә әrәb sәyyahı İdrisinin, daha sonra İbn Xordadbehin əsərlərinə, “Qarabağnamәlәr”ə, Baqrationi Vaxuştinin əsərlərinə, İstanbul Başkanlıq Arxivindә saxlanılan 1728-ci ildә tәrtib olunmuş “Dәftәri-Mufәssәli-Əyalәti-Tiflis” adlı qaynağa, on sәkkizinci yüzillikdә Borçalını gәzmiş Guldenştedtin sәyahәtnamәsinə, Tiflisdə nəşr olunan “Qafqaz” ictimai-siyasi qəzetinə, “Записки Кавказского отдела Императорского Русского географического общества Книжка ХХХ Д.Д.Пагирев”, “Алфавитный указатель к пятиверстной карт Кавказского края (Издания Кавказского Ваенно топографического отдела Тифлис 1913) kitablarına, “Сборник материалов для описаня Тифлисской Губернии” (том 1, вып.1,Тифлис 1870) kitabına, Övliya Çələbinin “Səyahətnamə” əsərinə, on doqquzuncu yuzilliyin әvvәllәrindә sәfәrә cı­xan gorkәmli Azәrbaycan alimi, yazıçı İsmayıl bәy Qutqaşınlının mәşhur “Sәfәrnamә” әsәrinә, 19-cu yüzilin ortalarında Tiflisdә yaşamış rus şairi Yakov Po­lonskinin, P.K.Juzenin V.F.Minorskinin, tanınmış Borçalışünas alim Ş.Mәmmәdlinin “Alın yazımız” (Tbilisi, 1997), Mehdixan Vәkilovun “Vurğunun tәrcümeyi-halı”, Türkiyәli tәdqiqatçı Muammer Kemaloğlunun “Dәdә Qorqud-dastan icrә tarix”, әrәbşunas alim Nailәxanım Vәlixanlının əsərlərinə, indiyә kimi Kosalı haqqında yazılmış İ.B.Umudlunun “Vәkiloğulları” (Bakı, 2003), İsrafil Mәdәt oğlu Mustafayevin “Kosalı, kosalılar vә mәn” (Bakı, 2006), professor Mәhәbbәt Mәmmәdov, şair Osman Əhmәdoğlu vә Kamal Mәmmәdovun birgә yazdıqları “Dәmirçihasannı”, şair-araşdırmaçı Osman Əhmәdoğlu vә müәllim Suddarxan Kazımovun “Kosalı eli - Sadıxlı ocağı – Borçalı” (Bakı, 2020) kitablara, tarixi sənədlərə, xəritələrə istinad edilmişdir.

Ə.Ziyəddinoğlu kitabda Kosalı kəndinin XX əsrin 20-30-cu illərində sovet hakimiyyətinə qarşı Dəli Əhmədin başçılığı baş vermiş qaçaqçılıq hərəkatı, əhalisinin sayı, maddi, mənəvi mədəniyyəti, dini və dünyəvi təhsili, ziyalıları, sadә insanları, eyni zamanda kәnddә yaşayan nәsillәrin şәcәrәsi, Birinci və İkinci Kosalıdakı nəsillər haqqında,5eləcə də mәşhurları İsa Sultan, Hacı Əhmәd Sultan, şairlәri: Sәdi bәy Arif (Muftizadә), şair Movlud Əfәndi, şair Nәsib Musa, şair-hakim Fәrman Əfәndiyev,әmәk qәhrәmanları “Lenin” ordenli Mustafa İsa oğlu Əliyev (I Kosalı), “Lenin” ordenli Bayram Osmanov (I Kosalı), “Qırmızı Əmәk Bayrağı ordenli” Əhmәd Sadıqov (I Kosalı), Aşır Mәmmәdov (I Kosalı), Allahverdi Hacıyev (I Kosalı), Ziyadxan (Zilli) Eminov, veteran muәllimlәr Ruxsarә Əliyeva, Qәdir Əliyev, İsrafil Mustafayev, Kәrәm Sadıxov, Mahal Mustafa oğlu Eminov, Almaz Mәmmәdov, Abdulla Əmirasdan oğlu Babayev, alimlәri Mәhәbbәt Aşır oğlu Mәmmәdov, Bilal Əfәndiyev, tibb uzrә fәlsәfә doktorları: Rafail Ziyadxan oğlu Eminov, Fatma Hidayәt qızı Əliyeva, hәkimlәri Tahir Ziyadxan oğlu Eminov, İsmayıl Alı oğlu Suleymanov, Mәhәmmәd Aşır oğlu Mәmmәdov, Xәdicә, Ayna vә Mahirә Hidayәt qızı Əliyevalar vә Sәttar Alı oğlu Əliyev el ağsaqqalları Muxtar Musa oğlu Əliyev, Ordenli Mustafa, Musa Babayev, Dilәnçi Sadıqov, pәhlәvanları Hәvillah Sadıxlı haqqında məlumat vermişdir.

Kitab olduqca maraqlı bədii-publisistik dildə yazılmışdır. Müəllif yeri gəldikcə gənclərin Kosalını tərk etmələrinə təəssüf edir, özünün yurd sevgisini, doğulduğu torpağa məhəbbətini ifadə edir: “50 ilә yaxındır Bakıdayam, ancaq hәlә dә, özümlә bәrabәr “Paralanmış Borçalı” boyda ürәk ağrısı, ürәk qubarı gәtirmişәm. Elindən-obasından iqtisadi vəziyyətin ağırlığı ucbatından başqa ölkələrə köçüb yadlaşan kosalıları öz doğma yurduna bağlanmaq çağırışıdır.

Kitabın tərtibi də olduqca yüksək səviyyədədir. Çünki Əhmәd Ziyәddinoğlu təkcə tanınmış filoloq deyil, həm də peşəkar naşirdir.

Bir kənd haqqında belə ətraflı, hərtərəfli ensiklopedik bilgi vermək hər adamın işi deyildir. Bu işin öhdəsindən yalnız ürəyi el-oba sevgisilə döyünən dostumuz Əhmәd Ziyәddin oğlu Əliyev gələ bilərdi. Ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq!

Vahid Ömərli
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi
Eldar Mövlud oğlu Əliyev
Milli Kosmik Agentliyinin aparıcı elmi işçisi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ