İsrailin keçmiş müdafiə naziri və müxalif "Evimiz" partiyasının lideri Aviqdor Liberman ölkəsinə Türkiyə ilə bağlı xəbərdarlıqlar edib.
Liberman iddia edib ki, Türkiyə HƏMAS-ı qorumaq üçün Qəzzaya təhlükəsizlik qüvvələri göndərmək istəyir. Türkiyənin bölgədə varlığını qurmağa çalışdığını iddia edən Liberman deyib: "Əgər onlar gəlsələr, heç kim onları Suriya və Qəzzadan çıxara bilməyəcək. Bu, Qəzza zolağında əməliyyat qabiliyyətimizi əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq".
İsrail lideri ABŞ-ın Ankaraya F-35 qırıcı təyyarələrinin satışının, Türkiyənin Suriyadakı mövcudluğunun və Türkiyə qüvvələrinin Qəzzaya yerləşdirilməsinin bölgədə güc balansında "kritik bir dəyişikliyə" səbəb olacağını bildirərək, hazırda onu ən çox "narahat edən" məsələlərin bunlar olduğunu qeyd edib.
TAHİR