Cümə günü, 26 iyun 2026
     

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Image


Bu günlərdə Azərbaycan Turizm və Menecment Universitetinin “Ümumi fənlər” kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadənin müəllifliyi ilə yeni bir kitab — “Məntiq” dərs vəsaiti işıq üzü görmüşdür.

Oxucuların diqqətinə çatdırılan “Məntiq” dərs vəsaiti ali təhsil məktəbləri üçün nəzərdə tutulmuş standartlar əsasında hazırlanıb. Dərs vəsaitində formal məntiqin anlayış, hökm, əqlinəticə, məntiqin əsas qanunları kimi fundamental mövzuları ətraflı şərh edilmişdir. Eyni zamanda dərs vəsaitində arqumentasiya nəzəriyyəsinin və ünsiyyətin məntiqi əsaslarının, elmi biliyin inkişaf formalarının izahına geniş yer verilmişdir.
Dərs vəsaitinə daxil edilmiş materiallar tələbələrə düzgün təfəkkür qabiliyyətlərinin formalaşmasına, o cümlədən məntiqi mədəniyyət normalarını mənimsəməyə kömək edəcək. Kitabda məntiqi forma, qayda və qanunların əyani illüstrasiyası üçün tarix, mədəniyyət, elm, idman sahəsindən gətirilmiş nümunələr, o cümlədən dərs vəsaitində adı çəkilmiş şəxsiyyətlər haqqında qısa məlumat onlarda geniş dünyagörüşünün formalaşmasına zəmin yarada bilər. Vəsait ali təhsil məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müəllimlər, magistrlar, eyni zamanda məntiqi müstəqil şəkildə öyrənənlər də istifadə edə bilər.

Sözügedən kitabın elmi redaktoru AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin müdiri, professor, fəlsəfə elmləri doktoru Əli Abasov, rəyçiləri isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, ATMU-nun “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Samir Həsənov və ADPU-nun “Fəlsəfə və sosial elmlər” kafedrasının müəllimi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Svetlana Adıgözəlovadır.

Qeyd edək ki, kitabın müəllifi Elşən Bayramzadə 1971-ci ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur.
1993-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
2007-2011-ci illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2013-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qloballaşma və informasiya cəmiyyəti: qarşılıqlı təsirin dinamikası (sosial-fəlsəfi təhlil)” mövzusunda yazdığım dissertasiya işini müdafiə etmişdir.
2011-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır, “Ümumi fənlər” kafedrasının dosenti, bir neçə kitabın müəllifidir.
Ailəlidir. 2 övladı var.

Müəllifdən:

ÖN SÖZ,
Yaxud, məntiqi öyrənmək kimə və nə üçün lazımdır

İnsanı digər canlı vücudlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri onun təfəkkürə malik olması, yaxud fikirləşmək və fikrini sözlərlə ifadə etmək bacarığıdır. Yaşından, peşəsindən, koqnitiv bazasının zənginliyindən asılı olmayaraq hamı fikirləşir. Kimsə daha dərin və əhatəli, başqası dar və dayaz fikirləşə bilər, amma yenə də fikirləşir. Lakin, hətta adi məişət problemi üzərində fikirləşən insanın yanıldığı, gəldiyi qənaətin doğru olmadığı, fikirlərinin rabitəsizliyi və ziddiyyətliliyi halları ilə tez-tez üzləşirik. Belə halların yaranmasına səbəb nədir? Suala ilk baxışda sadə görünəcək cavab belədir: təfəkkür prosesinin məntiqi qayda və qanunlarının pozulması. Əslində isə cavab kifayət qədər mürəkkəbdir. Verilmiş cavaba aşağıda aydınlıq gətirəcəyik.
İlk növbədə, ümumiyyətlə qanun nədir sualını cavablandıraq. Qanun hadisələrə zəruriliklə xas olan, təkrarlanan, ümumi, nisbətən sabit əlaqələrdir. Adətən qanun dedikdə cəmiyyət həyatını tənzimləyən və insanlar tərəfindən qəbul edilən qanunlar, bir də təbiət qanunları yada düşür. Birincilər insanlar tərəfindən qəbul edilir, subyektiv səciyyə daşıyıb ümumi razılıq əsasında dəyişdirilə bilər. Onların pozulması da mümkündür, bu halda müvafiq tədbirlər nəzərdə tutulur (tənbeh, cərimə, cəza və s.). Təbiət qanunları isə obyektiv səciyyə daşıyıb insanın arzu və istəklərindən asılı olmur. Biz istəsək də istəməsək də, bir-birindən müəyyən məsafədə olan iki cism onların kütləsinə düz mütənasib və onların arasındakı məsafənin kvadratına tərs mütənasib qüvvə ilə qarşılıqlı surətdə bir-birinə cəzb olunacaq (Ümumdünya cazibə qanunu), elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasib olacaq (Om qanunu), bütün canlı orqanizmlər irsi əlamətləri daşıyan və gen adlandırılan əsas hissəciklərə malik olacaq (Mendel qanunu), bərabər temperatur və bərabər təzyiqdə bərabər qaz həcmləri eyni sayda molekul və ya hissəciklərdən təşkil olunacaq (Avoqadro qanunu) və s. Təbiətin bütün qanunları universal və obyektivdir. İnsan bu qanunları nə dəyişə, nə də ləğv edə bilər.
Fikirləşmək də bütün insanlara xas olub, onun hansı zamanda və harada yaşamasından asılı deyil. Doğrudur, insanlar çox nəsnələr haqqında düşünə, fikirləşə bilərlər, amma hər bir halda, müəyyən istisnalar xaric (ruhi xəstəlik, beyin zədələnməsi və s.) hamı fikirləşir. Yəni fikirləşmək də ən ümumilik, təkrarlanan səciyyəyə malikdir. Əgər belədirsə, onda sual yaranır: bəs fikirləşməyin, yaxud mücərrəd təfəkkürün necə, qanunları varmı? Əlbəttə ki, var və bu qanunlar heç də təbiət qanunlarından “zəif” deyildir. Lakin bu qanunların təbiət qanunlarından fərqi var: onlar da obyektiv səciyyə daşısa da, pozulması mümkündür. Bundan əlavə, yuxarıda dediyimiz kimi, insan ən müxtəlif nəsnələr, hadisələr haqqında fikirləşə bilər. Yəni, təfəkkür prosesi müxtəlif məzmuna malik olur, bununla belə onun formaları heç də çox deyil və daha dəqiq desək üç forması var. Deməli, insan nə haqqında fikirləşirsə fikirləşsin, bu fikir təfəkkürün yalnız üç formasında –anlayış, hökm və əqlinəticə –təzahür edəcək. İndi haqqında danışacağımız və fəlsəfi biliyin struktur elementi kimi səciyyələnən məntiq də təfəkkürün düzgün forma və qanunlarını öyrənir.
Bəs məntiqin öyrənilməsi nəyə gərəkdir? Bu sualın cavabı yuxarıda, insanlar fikirlərində nə üçün yanılırlar, nə üçün rabitəsiz və ziddiyyətli düşünürlər sualına cavab kimi dəyərləndirilə bilər. Əlbəttə ki, məntiq insanlara fikirləşmək öyrətmir. Çünki hər bir normal insan fikirləşir və fikirləşmək şüura malik insanın əsas əlamətlərindən biridir. Məntiq isə insanlara düzgün, rabitəli, ardıcıl, ziddiyyətsiz, əsaslı düşünməyi öyrədir. Fikirləşmə prosesində məntiq qaydalarının pozulması insanı təkcə yanlış nəticəyə gətirmir, hətta gülüş doğurur. İnsanlar gündəlik həyatda çoxlu lətifələr danışır, gülür, əylənirlər. Az-çox məntiqi biliklərə yiyələnən insan, əksər hallarda gülüşün səbəbinin lətifədə təsvir olunan hadisə yox, orada məntiq qanunları və qaydalarının pozulmasının səbəb olduğunu anlayacaq.
Məntiqin öyrənilməsinin vacibliyinə başqa bir nümunə göstərək. Məlumdur ki, insan ilk növbədə bioloji varlıqdır, həyatın davam etməsi üçün o, nəfəs alır, qida qəbul edir. Lakin, məsələn, tutaq ki, qəbul edilmiş qidanı həzm etmək üçün onun fiziologiya elmini bilməsi heç də vacib görünmür. Buna baxmayaraq, böyük rus fizioloqu, Nobel mükafatçısı İ.P.Pavlovdan (1849-1936) fiziologiya elminin faydası nədir soruşduqda belə cavab verib: “fiziologiyanın əsas məsələsi, insana daha uzunömürlü olması üçün düzgün yeməyi və nəfəs almağı, düzgün işləməyi və dincəlməyi öyrətməkdir”. Elm insanı Homo Sapiens –“ağıllı insan” kimi səciyyələndirir. Lakin zəka, təfəkkür insana heç də birdəfəlik, hazır şəkildə verilmir. Onu inkişaf etdirmək, təkmilləşdirmək lazımdır. Yəni, insanın sağlam, uzunömürlü olması üçün fiziologiya nə qədər vacibdirsə, məntiq də insanın düzgün, səhvsiz düşünməsi üçün bir o qədər vacibdir. Məntiqin qayda və qanunlarını bilmək təfəkkür mədəniyyətini yüksəldir, daha “savadlı” fikirləşmək vərdişi aşılayır, özünün və digərlərinin fikirlərinə tənqidi münasibəti inkişaf etdirir.
Deməli, məntiqi öyrənmək yaşından, peşəsindən, ixtisasından asılı olmayaraq hamı üçün vacibdir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

25.06.2026 / 14:22
Prezident "Maliyyə icarəsi haqqında" qanunu təsdiqlədi

25.06.2026 / 14:17
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

25.06.2026 / 14:09
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi

25.06.2026 / 13:25
Daşınmaz əmlak satıldıqdan sonra hansı hallarda geri qaytarıla bilər?

25.06.2026 / 13:12
DÇ-2026 - çempionatlar tarixinə düşən yeni REKORDLAR...

25.06.2026 / 12:46
Yol polisinin qanuni tələbinə tabe olmaq istəməyən Şamaxı sakini qandallandı

25.06.2026 / 12:17
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

25.06.2026 / 11:58
Rumıniya Moldova ilə birləşmək üçün hərəkətə keçdi – Senatda müzakirələr başlayır...

25.06.2026 / 11:26
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik etdi

25.06.2026 / 11:20
AŞPA Gürcüstanda demokratiyanın kritik səviyyəsi barədə qətnamə qəbul etdi...

25.06.2026 / 11:10
İƏTPİ-nin 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olundu

25.06.2026 / 11:06
15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - qərar verildi...

25.06.2026 / 10:58
" Ərdoğandan xahiş etdim ki, İranın tərəfində müharibəyə girməsin" - Tramp inanılmaz şeylər danışdı...

25.06.2026 / 10:42
Zelenskinin təhdidləri işə yaradı – Belarus rele stansiyalarını dayandırır...

25.06.2026 / 10:30
Masallıda çay kənarında çətənə yetişdirən şəxs yaxalandı...

25.06.2026 / 10:14
Venesuelada ard-arda iki güclü zəlzələ - ölənlərin sayı artır…

25.06.2026 / 10:10
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapıldı

25.06.2026 / 10:04
Azərbaycan nefti 76 dollara düşdü...

25.06.2026 / 09:55
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirildi

25.06.2026 / 09:36
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

25.06.2026 / 09:23
ABŞ İrana ərzaq satacaq, pulunu da dondurulmuş hesablardan çıxacaq - Tramp İran vəsaitlərindən bəhrələnməyin yolunu tapdı...

25.06.2026 / 09:15
Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - FOTO

25.06.2026 / 09:08
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir...

25.06.2026 / 08:32
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

25.06.2026 / 07:22
Ukrayna müharibəsi Belarusa sıçraya bilər - Səbəb “reduktorlar”(?)…

24.06.2026 / 23:16
ABŞ İranla anlaşdı, təzminatı isə Körfəz ölkələrinin üzərinə qoyuldu - Qətər: “300 milyardı biz ödəyə bilərik”

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ