çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu - Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...

Image


Qasım Hacıyev: “Azərbaycanın mədəni-dini irsinə zərbə vuran o xarici arxeoloqlar da cəzasız qalmamalıdır”

Ukraynanın tələbinə əsasən Krımda qazıntı işləri apardığı iddia edilən Ermitaj muzeyinin əməkdaşı, rusiyalı arxeoloq Aleksandr Butyagin Polşada saxlanılıb. Bu barədə xarici media yazıb.

Dövlət Ermitaj Muzeyinin mətbuat xidmətindən Kommersant-a bildirilib ki, arxeoloq A.Butyagin arxeoloji tədqiqatlar üçün müəyyən edilmiş beynəlxalq standartlara - həm hüquqi, həm də etik standartlara ciddi şəkildə riayət edib. “Butyagin Ukraynanın tələbi ilə Varşavada saxlanılıb. O, Krımda arxeoloji qazıntılar zamanı "mədəni irsi məhv etməkdə" ittiham olunur”-deyə mətbuat xidmətindən bildirilib. Arxeoloqun 40 gün müddətinə həbs edildiyi bildirilir. Alimin Ukrayna hakimiyyətinin icazəsi olmadan Kerçdəki "Qədim Mirmekion Şəhəri"ndə qazıntılar apardığı deyilir. Müstəntiqlər onun hərəkətlərinin mədəni irs obyektinə 200 milyon qrivna (təxminən 369 milyon rubl) ziyan vurduğuna inanırlar.

Butyagin Krımda arxeoloji qazıntılar zamanı mədəni irsi məhv etməkdə ittiham olunaraq saxlanılıb.

Bu hadisəni keçmişdə, yəni torpaqlarımız işğal altında olduğu dövrlərdə Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz arxeoloji qazıntılar aparan xarici alimlərin cəzasız qalması məsələsi ilə müqayisə etsək, Avropanın hüquq-mühafizə orqanlarının bizə qarşı ədalətsiz mövqeyini görə bilərik.

Çox maraqlıdır ki, uzun illər Qarabağda qanunsuz arxeoloji qazıntılar aparan, mədəni irsimizin məhv edən Avropa və erməni arxeoloqlarına qarşı beynəlxalq hüquq müstəvisində heç bir addım atılmayıb. Halbuki, Böyük Britaniya vətəndaşı Piter Cons Endryus, Tanya Kristin Kinq, İrlandiya vətəndaşı Con Mürrey və İspaniya vətəndaşı Yolanda Fernandes-Halvay kimi xarici arxeoloqlar Azıx mağarasında qanunsuz qazıntı işləri aparıblar. Hətta artıq məhv olmuş qondarma “Arsax” “rəhbərliyi vaxtilə onları “Vaçaqan Barepaşt” medalı ilə təltif də edib.

Biz bir neçə əcnəbi arxeoloqun adını çəkdik, halbuki, onların sayı daha çoxdur. Onlar Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşları ilə birgə bizim ərazilərimizdə qanunsuz arxeoloji qazıntı işləri aparıb, mədəni irsimizi məhv ediblər, yağmalayıblar. Amma onların heç biri hüquqi müstəvidə cəza almayıb.

“Onlarda ədalət olsaydı, çoxdan o arxeoloqlara qarşı hüquqi müstəvidə tədbir görərdilər”

Tarix elmləri doktoru, professor Qasım Hacıyev bildirdi ki, “Bakı-Xəbər”ə XIX əsrin sonları XX əsrin əvvəllərində Rusiya Elmlər Akademiyasının bəzi təşkilatlarından Azərbaycanda arxeoloji kəşfiyyat aparmaq üçün Xanıkov, Dorun, Slesani kimi alimlər gəlmişdi və onlar o vaxt ərazilərimizdə xeyli faydalı işlər gördülər. O qeyd etdi ki, keçən əsrlərdə fransız arxeoluqu Jak de Morqan da Azərbaycanın Cənub bölgəsində, Lənkəranda, Astarada, Lerikdə arxeoloji tədiqiqatlar aparıb və yığdığı materailların hamısını Fransaya aparıb. Q.Hacıyev qeyd etdi ki, XX əsrin 30-40-cı illərində rus alimləri Azərbaycan ərazisində arxeoloji qazıntılar aparıblar, bizə xeyirləri olub, həm mütəxəssislərimiz yetişib, həm də o materiallar Azərbaycanda qalıb. O dövrdə Danielyan kimi arxeolor da olub ki, onlar Azərbaycan ərazisində arxeoloji qazıntılar aparıb, amma o materialları saxtalaşdırıblar. “Başqa milətlərə mənsub alimlərin ölkəmizin ərazisində arxeoloji qazıntılar aparması faktdır. Amma Azərbaycan tarixinə, arxeologiyasına ən böyük zərbəni ermənilərin və onların xaricdəki dostlarının Qarabağda apardıqları qanunsuz arxeoloji kəşfiyyat işləri vurub. Avantürüst bir adamı gətirib Qarabağda tədqiqata cəlb etdilər, Şahbulaq qalasının adını dəyişib “Tiqranakert” qoydu, abidələrimizi saxtalaşdırdı. Ermənistan xarici alimləri işğal etdiyi Qarabağa gətirdi, onlar Azıx mağarasında qanunsuz arxeoloji qazıntılar, tədqiqatlar apardılar, oranın altını üstünə çevirdilər, dəfələrlə yazılmış və təsdiqini tapmış faktları dəyişib təhrif etdilər, saxtalaşdırdılar. Şuşada və onun ətrafında qanundan kənar işlər görüb hər şeyi saxtalaşdırmağa çalışdılar. AMEA-nın Tarix İnstitutunda (Tarix və Etnologiya İnstitutu) Qarabağ tarixi şöbəsinin müdiri olanda Qarabağda aparılan qanunsuz qazıntıların dayandırılması ilə bağlı beynəlxalq instansiyalara məktublar yazmışıq, müraciətlər etmişik, etirazımızı bildirmişik. Çox təəssüflər olsun ki, beynəlxalq təsisatlar heç vaxt Azərbaycan alimlərinin səslərini eşitmək istəmədilər. UNESCO-ya da müraciətlərimiz nəticəsiz qaldı.

O vaxt erməni arxeoloqları hətta Avropanın müxtəlif ölkələrindən-İsveçdən, İsveçrədən, Norveçdən, Belçikadan alimlər dəvət edib öz cinayətlərinə şərik edirdilər ki, qanunsuz qazıntı işlərində üzə çıxan materialları saxtalaşdırsınlar”.

Q.Hacıyev qeyd etdi ki, son illərdə UNESCO-nun Cənubi Qafqazın mədəni irsinin vəziyyətini öyrənmək üçün komissiya yaratdığına dair xəbərlər yayılsa da, təəssüf ki, onlardan hər hansı bir addım görmədik. “Düşünürdük ki, UNESCO-nun bu komissiyası bölgəyə gələr və Ermənistanın törətdiyi mədəni irs cinayətlərini, dağıtdıqları abidələri siyahıya alarlar. Amma çox təəssüf ki, gəlmədilər. İndi azad ərazilərdə arxeoloqlarımız işləyir. O abidələrin əksəriyyəti dağıdılıb.

Amma bunların heç birinə Avropa təşkilatları, beynəlxalq qurumlar öz münasibətini bildirməyib. O vaxt erməni “arxeoloq” Hamlet Petrosyan Şahbulaqdan yığdığı materialların hamısını İrəvana apardı. Amma yenə də beynəlxalq qurumlar, mədəniyyət abidələrinə nəzarət edən heç bir qurumun reaksiyasını görmədik.

Azərbaycan dəfələrlə müraciət etsə də, bu məsələyə laqeyd yanaşıldı.

Amma indi deyirlər ki, Krımda rus alimi qanunsuz arxeoloji qazıntılar aparıb, Ukraynanın tələbi ilə indi onu həbs ediblər. Bəs Avropa təşkilatları Azərbaycan ərazisində illərlə qanunsuz arxeoloji tədqiqat aparan xarici alimlərə qarşı niyə tədbir görmək istəmir? Onlarda ədalət olsaydı çoxdan o arxeoloqlara qarşı hüquqi müstəvidə tədbir görərdilər. Özlərinə gələndə qanuna əməl edirlər, bizə gələndə qanunu tapdalayırlar. Biz də istəyərdik ki, Azərbaycan ərazisində qanunsuz arxeoloji qazıntı aparan, tariximizi saxtalaşdıran, xarici elmi jurnallarda saxta fikirlər irəli sürən, əsassız, qeyri-elmi məqalələr çap etdirən əcnəbi arxeoloqlar da məsuliyyətə cəlb edilsinlər. Azərbaycanın mədəni-dini irsinə zərbə vuran o xarici arxeoloqlar da cəzasız qalmamalıdır”-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ