Vaşinqton Konfransında çıxış edən Respublikaçı senator Lindsi Qrem Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşdırılması sazişi ilə bağlı qalmaqallı açıqlamalar verib.
Qrem iddia etdi ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman fələstinlilər üçün "daha yaxşı nəticə" əldə etmədən İsraili tanımayacaq, çünki onun öz siyasi taleyi bundan asılıdır.
"Məhəmməd bin Salman fələstinlilər üçün daha yaxşı nəticə əldə etmədən İsraili tanımayacaq, əks halda Salman öldürüləcək. Bu həqiqətdir" – deyə senator bildirib.
Qrem vurğulayıb ki, ABŞ-ın rəhbərlik etdiyi hər hansı bir normallaşdırma sazişi İsrailin təhlükəsizliyini qorumalı, eyni zamanda fələstinlilərin tələblərini də yerinə yetirməlidir. O bildirib ki, HƏMAS və “Hizbullah” aradan qaldırılmadıqca, Səudiyyə Ərəbistanı ilə İsrail arasında razılaşmaya heç bir ümid yoxdur.
TAHİR