çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Avroittifaq Qarabağdan könüllü köçmüş erməniləri yenidən Azərbaycana qarşı qaldırmaq istəyir...

Image


Şakir Ağayev: “Məsələnin bu şəkildə qələmə verilməsi Aİ-nin Azərbaycana qarşı növbəti qərəzli münasibətidir”

Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının Brüsseldə keçirilən VI iclasında “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd imzalanıb.

Aİ və Ermənistan arasında imzalanan bu sənədi şərh edən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

"Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir”.

“Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi həqiqətən də absurd və yolverilməzdir. Ermənipərəst mövqeyini gizlətməyən Aİ-nin məlum sənəddə reallıqdan uzaq, tarixi gerçəkliyə zidd belə ifadəyə yer verməsi kollektiv Qərbin gerçəyi inkar etməsi deməkdir. Bütün dünya bilir ki, birincisi, ermənilər Qarabağın yerli əhalisi deyil, onlar ora XIX əsrdə çar Rusiyası tərəfindən köçürülüb. İkincisi də, 23 saatlıq antiterror tədbirlərindən sonra ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər. Əgər iddia olunduğu kimi onlar bu torpaqlardan köçürülməyə məcbur edilibsə də, onları buna Azərbaycan məcbur etməyib, özlərinin də dedikləri kimi, bunu onlardan Ermənistan hökuməti və başqa başbilənləri istəyib. Yəni Qarabağdan köçən ermənilər müsahibələrində açıq şəkildə deyirdilər ki, “Ermənistandan bizə Qarabağı tərk edin deyiblər”. İndi onların belə bir sənəddə “qaçqın” kimi qələmə verilməsi gerçəkdən absurddur və Azərbaycana qarşı növbəti qərəzdir.

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının Brüsseldə keçirilən VI iclasında “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədin imzalanmasında bir sıra ziddiyyətli məqamlar var. “Bu sənədin bütün bəndlərini nəzərdən keçirəndə görürsən ki, Aİ Azərbaycanla Ermənistan arasında reallaşmaqda olan sülh müqaviləsinə maneçilik törətmək istəyir. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi də qarşılıqlı surətdə bu məsələlərdə Aİ ilə razılaşıb və belə bir sənədi imzalayıb. Qarabağdan könüllü getmiş ermənilərin “qaçqın” kimi qiymətləndirilməsi və ümumiyyətlə belə bir məsələnin qoyuluşu düzgün deyil. “Azərbaycanın hərbi əməliyyatları” ifadəsinin işlədilməsi də qəbuledilməzdir. Azərbaycan öz ərazisində lokal antiterror tədbirləri həyata keçirib və bu da Azərbaycanın tam hüququdur. Bunu Azərbaycan öz ərazilərində qanunun qorunması istiqamətində separatizm və terrorizmə qarşı tədbirlər olaraq görüb. Belə əməliyyatlar da dünyanın hər yerində aparılır. Hansı dövlət razı olar ki, onun daxilində separatizm, terrorizm olsun? Heç bir dövlət. Digər tərəfdən, Azərbaycan dövləti erməniləri Qarabağdan qovmayıb. Bu prosesə qədər Azərbaycan hökuməti dəfələrlə Qarabağda yaşayan ermənilərə müraciət edib onların reinteqrasiyasını həyata keçirmək istəyib. Hətta erməni nümayəndələri ilə Yevlaxda görüşlər də keçirilib və onlara burada yaşamaları üçün tam təminat verilib. Yəni Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkənin konstitusiyasına əməl etmək şərti ilə Qarabağdakı ermənilər qalıb yaşaya bilərlər. Onlara Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq şansı verildi. Amma onlar bu şansı dəyərləndirmədilər. Çox təəssüflər olsun ki, onlar ənənəvi erməni xislətinə sadiq qalaraq öz istədiklərini etdilər. Yəni onların nümayəndələri Azərbaycan rəsmiləri ilə danışıqlarda Azərbaycan vətəndaşlığını qəbul etməyə, qanunlarımıza, konstitusiyamıza uyğun yaşamağa razılıqlarını bildirsələr də, sonra vədlərinə əməl etməyib könüllü şəkildə Azərbaycanın Qarabağ bölgəsini tərk edib. Azərbaycan dövləti onlar üçün şərait yaratdı. Onlar buradan normal şəkildə çıxıb getdilər, qalanlar da oldu. Yəni onların buradan zorla qovulduğu barədə iddialar əsassızdır. Hesab edirəm ki, məsələnin bu şəkildə qələmə verilməsi Aİ-nin Azərbaycana qarşı növbəti qərəzli münasibətidir. Bu, həmçinin, Azərbaycanla Ermənistan arasında normallaşmaya, sülhə doğru atılan addımlara ağır bir zərbədir.

Eyni zamanda da bu bir təxribatdır ki, onlar bu absurdluğu sənədləşdirərək Qarabağdan köçüb getmiş erməniləri bizə qarşı qaldırmaq niyyəti güdürlər. O ermənilərin xeyli hissəsi Qarabağdan könüllü getdikdən sonra Ermənistanda qalmayıb üçüncü ölkələrə gediblər, qalanların isə geri qayıtmaq arzusu yoxdur, onlar həyatlarını orada davam etdirirlər. İndi bu iddianı qaldırmaqla belə rəy yaratmaq istəyirlər ki, ermənilər Qarabağdan guya qovulublar və geri qayıtmalıdırlar.

Aİ və Ermənistan belə bir sənəd imzalayır, amma Aİ əvvəlcədən Azərbaycana hər hansı bir məlumat göndərmir. Səbəb nədir? Ermənilər Qarabağdan əli yalın, başı açıq qaçıb getməyiblər, könüllü gediblər. Amma illər əvvəl azərbaycanlılar öz ata-baba yurdları Qərbi Azərbaycandan, indiki Ermənistandan zorla deportasiya ediliblər, ayağı yalın, başı açıq qaçmağa məcbur ediliblər. Aİ elə obyektiv idisə, nə üçün o sənədə indiki Ermənistan ərazisindən zorla qovulan azərbaycanlıların geri qayıtmaq hüququ haqqında bir söz belə salmayıb? Əgər o məsələni də ora daxil edərdisə, onda hardasa bu sənəddə bir həqiqət izi olardı”.

Ş.Ağayev təəssüflə qeyd etdi ki, Aİ bir dəfə də olsun azərbaycanlıların adını o sənəddə çəkməyib və bu da o qurumun bizə qərəzli münasibətindən qaynaqlanır. “Bütövlükdə bu sənəd qəbuledilməzdir və bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi öz münasibətini bildirib”-deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ